Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

"Ən yaxşı protein" və ya "Yeni ilin yeni qələbəsi"

"Ən yaxşı protein" və ya "Yeni ilin yeni qələbəsi"

Yeni 2018-ci ilin gəlişi ilə bir sıra reytinqlər də yeniləndi. Bu dəyişiklik idman qidası alıcılarının daim maraq dairəsində olan və hamının yaxşı tanıdığı protein (zülal) tozlarırının keyfiyyət və dəyər reytinqindən də yan ötmədi. Beləki, Labdoor tibb şirkəti adət-ənənəyə sadiq qalaraq yeni ilin ilk günündə dünyanın bütün idman həvəskarlarına yeni reytinqlərini təqdim etdi. İlk olaraq sizlərə Labdoor tibb şirkəti haqqında qısa məlumat verək.

“Labdoor” dünyanın ən müasir kimyəvi analiz labaratoriyasına sahib tibb şirkətidir. Amerikanın San Fransisko şəhərində yerləşən Labdoor tibb şirkətinin əsas məqsədi alıcılara ən təmiz, ən keyfiyyətli idman qidalarını təqdim etməkdir. Labdoor tam azad təşkilatdır və heç bir idman qidası şirkəti ilə əməkdaşlıq etmir. Bu unikal şirkət haqqında bütün əlavə məlumatı bu linkə https://labdoor.com/about daxil olaraq ala bilərsiziniz.

İndi isə keçək əsas məsələyə. Labdoor şirkətinin təqdim etdiyi reytinqlər 2 növdə olur: Keyfiyyət və dəyər reytinqi. Keyfiyyətdə öndə olan idman qidaları bəzən dəyər sıralamasında bir neçə pillə aşağıda yerləşmiş olurlar. Amma MyProtein şirkətinin “ Biz yeni standartları təyin edirik” devizi bu qanunauyğunluğa da öz təsirini göstərdi. Beləki, keyfiyyət reytinqində ön sıralarda olan Myprotein zülal tozları, dəyər reytinqində də ilk pillələrin sahibi olublar. Labdoor keyfiyyət və dəyər sıralamasını sizlərə təqdim edirik.

Keyfiyyət sıralaması:

  1. MyProtein İso:Pro 97
  2. Muscle Feast Grass Fed Whey İsolate
  3. MyProtein İmpact Whey İsolate
  4. Muscle Feast Whey Protein İsolate
  5. İntegrated Supplements Whey İsolate Protein

 

Dəyər sıralaması:

  1. MyProtein İmpact Whey İsolate
  2. Muscle Feast Whey Protein
  3. MyProtein Impact Whey Protein
  4. MyProtein İso:Pro 97
  5. Muscle Feast Whey Protein İsolate

 

Nəticələrdən göründüyü kimi Avropa keyfiyyəti Amerika bazarında da öz sözünü deyir. Reytinqin sonrakı pillələrinin sahibləri ilə tanış olmaq istəsəniz, bu linkə https://labdoor.com/rankings/protein daxil ola bilərsiniz.

 

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
16 + ? = 24