Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Daim fit qalmağın sirrləri

Daim fit qalmağın sirrləri

Bir çoxlarımız illər ərzində real həyatda və internet resurslarında saysız-hesabsız transformasiyaların şahidi oluruq və verdiyimiz ilk reaksiya “vau, o bunu necə edib?”-dir. Çox nadir insanlar isə bu prosesi öz üzərlərində sınaqdan keçirib və uzun müddət, sonradan qazandığı ideal formanı uzun illər boyu qoruyub saxlayıb. Bəs onların sirri nədən ibarətdir? Bu məqaləmizdə həmin sirrləri sizə açmaq istəyirik.

Gəzmək əvəzinə sürətli yeriyin: Yeyin yürümək qan dövranı və metobolizmə müsbət təsir edir. Bunu etməklə siz həm də daha çox kalori yandırır və artıq çəkilərdən tədricən azad olursunuz.

Diqqətinizi daha çox təbii qidalarda cəmləşdirin: Hər bir dietoloqun ilk növbədə görəcəyi məsləhət, rasiondakı yarım fabrikatları təbii qidalarla əvəz etməkdir. Bu zaman siz orqanizminizi kimyəvi əlavələrdən təmizləmiş olacaqsınız.

Gündəlik 3 pəhriz məqsədi təyin edin:

  1. Bədən çəkinizə uyğun zülal balansını təyin edin
  2. Yetəri qədər su için
  3. Hər qida qəbulu zamanı tərəvəz yeyin

Cheat meal (çox miqdarda qida qəbulu) günlərinizi ixtisara salın: Belə günləri tez-tez təyin etməyiniz sizi qazandığınız nəticələrdən uzaqlaşdırmaqdan savayı, həm də çəkdiyiniz əziyyəti hədər edir. Cheat meal edin, lakin nadir hallarda, orqanizm bunu hər şeydən çox tələb etdiyi zaman.

Məşqlərinizi baza hərəkətləri üzərində qurun: İllər boyu yoxlanılmış və peşəkar idmançılar tərəfindən daim məsləhət görülmüş məşq hərəkətləri məhz baza hərəkətləridir. Səbəb isə daha çox əzələ qrupunun birgə fəaliyyət göstərməsidir.

Hərəkətin yerinə yetirilmə texnikasını daim mükəmməlləşdirin: Ağırlıqları yellənərək ya da səhv tutuş ilə qaldırmağın sizə faydasından çox ziyanı olacaq. Buna görə də, düzgün texnikanı öyrənib, mükəmməlləşdirmək çox vacibdir.

Məşq hərəkətlərini yerinə yetirərkən tələsməyin: Yadınızda saxlayın ki, hərəkətin icrası zamanı əsas məqsəd əzələni bütünlüklə hiss etməkdir. Siz buna yalnız icar etdiyiniz hərəkəti aramla, tələsmədən yerinə yetirəcəyiniz zaman nail ola bilərsiniz.

Gün ərzində 7-9 saat gecə yuxusu yatın: Siz sıradan insanlardan fərqlənirsiniz. Sizin həyatınızda periodik məşqlər mövcuddur. Məhz bu səbəbdən siz daha çox yatmalı və daha yaxşı bərpa olmalısınız.

Özünüzü pozitiv fikirlərlə əhatə edin: Neqativ fikirlərə qurşandığımız və depresiyada olduğumuz zaman orqanizmdə kortizol hormonu ifraz olunur. Bu hormon əzələləri dağıdır, metobolizmi zəiflədir və nəticədə piylənmə prosesini sürətləndirir.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
30 + ? = 34
Tövsiyə olunur