Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Geyner yoxsa Protein?

Geyner yoxsa Protein?

Geyner – yüksək keyfiyyətli karbohidratlardan və  zərdab (whey) zülalından ibarət qida əlavəsidir. Təşkil olunduğu kompleksdən asılı olaraq tərkibinə bəzən kreatin, vitamin və minerallar da qatılır. Əsas təyinatı əzələ kütləsi yığmaqda çətinlik çəkən və genetik cəhətdən arıq olan atletlərə (ektomorflara) keyfiyyətli və həcmli əzələ küləsi yığmağa yardım etməkdir. İngilis dilindən tərcüməsi çəki artırmaq, çəki yığmaq (to gain) olan bu qida əlavəsini, gündəlik qida rejimində kalori sayını artırmaq istəyən sıradan vətəndaşlar da istifadə edə bilərlər.

Ağır məşqlərin öhdəsindən gəlmək üçün idmançıya güclü enerji ehtiyatı, başqa sözlə desək əzələlərdə qlikogen ehtiyatı lazımdır. Bu ehtiyat isə qəbul olunan yüksək keyfiyyətli karbohidratlar əsasında formalaşır. Bir idmançının orqanizmində isə ortalama 500-600 qr qlikogen ehtiyatı olmalıdır. Bu ehtiyyat olmadıqda əzələ inkşafı ləngiməyə başlayır. Deməli əzələ inkşafının normada olması üçün orqanizmə sağlam karbohidrat gərəkdir.

Bütün bunlardan əlavə, fiziki məşqdən dərhal sonra karbohidrat və zülal (geyner) qəbulu kartizolun sintezini ləngidir və orqanizmdə bu hormonun səviyyəsi aşağı enir.

Protein – yüksək keyfiyyətli zərdab zülalından və minimum miqdarda karbohidrat və yağdan ibarət olan qida əlavəsidir. Profesional atletlər tərəfindən əzələ kütləsini formada saxlamağa və onun inkşafına təkan verməkdə istifadə olunur. Bundan başqa quruma dövründə proteinin izolyat və hidroizolyat növündən istifadəyə üstünlük verilir. Məqsədi minimum yağlanaraq keyfiyyətli əzələ kütləsi yığmaq olan idmançıların da seçimi daim proteinin üzərinə düşür.

Nəticə etibarı ilə belə qərara gəlmək olar ki, əzələ kütləsi yığmaq istəyən və təbiətən arıq olan insanlara geyner qəbulu daha məntiqli və məqsədəuyğundur. Beləki bu növ insanlarda artım birbaşa kalori miqdarından kəskin asılıdır.

Genetik cəhətdən tez çəki yığan və kökəlməyə meyilli insanlar isə proteindən istifadə etməlidirlər. Bu vəziyyətdə onların geyner istifadə etməsi artıq çəki yığmaları və qismən piylənmələri ilə nəticələnəcək.

Şərhlər
Eziz. 20.03.2019, 15:38
salam menim cekim 60 kqdir.ne etdimse clinic artirmaga hecne komey olmadi.eyer menim cekimi artirmagina zemanet verirsizse alib istifade ederem.
Proteinshop.az - Support 27.03.2019, 18:53
Eziz., salam. Düzgün qida rejimi və məşqlərlə çəki yığmayacaq adam yoxdur. Buyur mağazalarımızdan birinə yardım edək.
Şərh yaz
42 + ? = 46
Tövsiyə olunur