Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Kollagen haqqında bilmədikləriniz.

Kollagen haqqında bilmədikləriniz.

Yəqin ki, çoxlarınız “kollagen” adını dəfələrlə eşitməyinizə baxmayaraq, onun nə olduğunu dəqiq bilmirsiniz. Nəzərinizə çatdırırıq ki, kollagen insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayan bir zülaldır.

Beləki, kollagen – birləşdirici toxumanın əsasını təşkil edən sapşəkilli (fibrillar) zülaldır. Bu tərifdən belə nəticəyə gəlinirki, kollagen əzələlərin, sümüklərin, dərinin və oynaq bağlarının da əsasını təşkil edir. Daha dəqiq desək, insan orqanizmindəki bütün zülalların 30-35 %-ni məhz kollagen zülalı təşkil edir.

Birləşdirici toxumanın əsasını təşkil etdiyi üçün dəri və oynaqların elastikliyində mühüm rol oynayır.

Kollagen zülallarının zədələnməsi zamanı dəri tez qocalır, oynaq ağrıları baş qaldırır. Son tətqiqatlar isə kollagenin dəridəki qırışlarla aktiv mübarizə apardığını və hətta selülit probleminin həllində yardımçı olmasını belə sübut etmişdir.

Tətqiqatlardan söz açılmışkən nəzərinizə çatdıraq ki, 2017-ci ildə sübut olunmuşdur ki, sutka ərzində 2500 mq kollagen qəbulu zamanı dırnaqların uzanması 12% sürətlənmiş və qırılma halları 42% azalmışdır. Bu müsbət dəyişikliklər saçların sağlamlığına və uzanma sürətinə də aid edilir.

Nəticə olaraq sağlam olmaq istəyirsinizsə, gün ərzində 2000mq-dan 5000mq-a qədər kollagen qəbul etməyiniz məsləhətdir. Bundan əlavə sutka ərzində 1000-2000mq Vitamin C qəbulu da orqanizmdə kollagen sintezini sürətləndirir.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
17 + ? = 20
Tövsiyə olunur