Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Kreatin nədir və nə qədər istifadə olunmalıdır?

Kreatin nədir və nə qədər istifadə olunmalıdır?

Kreatin – çağdaş dövrümüzün ən tanınmış idman qidalarından biridir. Bu qida əlavəsi atletlərin fiziki gücünü artırır və əzələ çəkisi artırmaqda onlara yardımçı olur. Əzələ liflərində su saxlama qabiliyyətinə sahib olduğu üçün, ondan istifadə edən insanların əzələləri həcmli görünür. Bir sıra elmi tədqiqatlara görə isə, kreatin həm də testosteron səviyyəsinə də müsbət təsir göstərir. Tədqiqatların birində isə 10 həftəlik istifadə zamanı testosteron səviyyəsində 22% artım müşahidə olunmuşdur.

Kreatin – enerjini kreatinfosfat şəklində ehtiyat edən molekuldur və lazım olduğu təqdirdə orqanizm üçün ilkin enerji mənbəyi kimi çıxış edir. Kreatinin istifadəsi dövründə, ağır fiziki məşqlər zamanı orqanizm ilk növbədə kreatinfosfatı enerji mənbəyi kimi istifadə edir. Bu zaman ATF və əzələlərdə saxlanılan qlikogen ehtiyat edilir, daha sonrakı bərpa prosesində istifadə olunur. Bu qida əlavəsi dərhal yox, davamlı istifadə zamanı öz effektini göstərir. Fiziki təzyiqlər zamanı yaranan turşuları neytrallaşdırdığı üçün, onun istifadəsi əzələ yorğunluğunun tədricən qarşısını alır. Əgər orqanizmə

Kreatin təklikdə və karbohidratla birgə qəbul olunan zaman da çox yaxşı həzm olunur. Lakin əzələ kütləsini qısa müddətdə artırmaq istəyənlərə kreatin ilə birgə geyner də qəbul etmək məsləhət görülür. Gündəlik doza, yükləmə periodunda 15-25 qr, sıradan istifadə zamanı isə  5-10 qr arasında dəyişir.

Kreatini fiziki məşqlərdən dərhal sonra qəbul etmək məsləhət görülür. Buna səbəb isə məşq sonrası periodda bədəndə qan dövranının güclənməsi və metobolizmin sürətlənməsidir. Məhz bu zaman qəbul olunan qida əlavəsi daha yaxşı həzm olunacaqdır.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
30 + ? = 31
Tövsiyə olunur