Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Pəhriz zamanı yeyə biləcəyimiz meyvələr!!!

Pəhriz zamanı yeyə biləcəyimiz meyvələr!!!

Ölkəmizin yerli əhalisində daim belə bir tendensiya mövcud olub ki, arıqlayan zaman və ya pəhriz saxladıqda meyvə yəmək ziyan deyildir. Lakin realda bu fikirlər tamamilə yanlışdır. Təbiətin bizə bəxş etdiyi nemətlərin arasında arıqlama dövründə bizə yardımçı olacaq və ziyan edəcək meyvələr mövcuddur. Bəs bunlardan bizə yardım edəcəklər hansılardır?

Mərcanı – bu bitki cüzi miqdarda şəkər ehtiva etməsi ilə yanaşı, həm də qidalı liflərlə zəngindir. Bir fincan dolu mərcanı cəmi 45 kaloriyə malikdir. Bu xüsusiyyətləri mərcanını arıqlama dövrü üçün tam təhlükəsiz seçimlər sırasına daxil edir.

Qreypfrut – qanda xolesterinin səviyyəsini aşağı salmaqla yanaşı, həm də kalium, kalsium, maqnezium və vitamin C ilə də zəngindir. Qreypfrutun 100 qramına cəmi 42 kalori vardır. Bütün bunlardan əlavə qreypfrut həm yağların parçalanmasına, həm də görmə qabiliyyətinin bərpasına yardımçı olur.

Vişnə - aşağı kaloriyə və yüksək miqdarda qidalı maddələrə malik vişnə bitkisi, həm də güclü antioksidantdır. Müalicəvi xüsusiyyətlərinə görə şərq təbabətində geniş istifadə olunur.

Çiyələk – 100 qramında cəmi 50 kaloriyə malik çiyələk, vitamin C, kalium, kalsium, maqnezium və fosforla da zəngindir. Pəhriz zamanı seçiminizin çiyələk üzərinə düşməsi məsləhətdir.

Şaftalı – sadaladığımız bütün meyvələr arasında ən aşağı kaloriyə malik olan şaftalının 100 qramında cəmi 39 kalori mövcuddur. Vitamin A, vitamin C, beta-karotin, dəmir və kalium ilə zəngin olması xüsusiyyətləri şaftalını şirniyyatın əvəzolunmaz analoqu edir.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
43 + ? = 49
Tövsiyə olunur