Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Quruma dövründə kreatin

Quruma dövründə kreatin

Kreatin – həvəskar atletlər üçün ən effektli və tələb olunan idman qidası sayılır. Adı çəkilən bu qida əlavəsi əzələlərin böyüməsini stimulə etməkdən əlavə, həm də dözümlülük və güc potensialının artmasına da yardımçı olur. İdmançıların çoxu kreatindən çəki yığma periodunda geniş istifadə etdikləri halda, bəzi atletlər ondan quruma dövründə istifadə edirlər. Bu çəkdiyimiz misaldan isə belə bir sual yaranır: quruma dövründə kreatindən istifadə etmək olarmı?

Kreatinin orqanizmdə cüzi miqdarda olsa da su saxlamağı faktı elmi cəhətdən sübut olunub və bu nüans quruma dövründə olan atletlərə ondan uzaq durmağa səbəb yaradır. Lakin kreatinin quruma dövründə istifadə edilə bilməsi səbəbləri də vardır və onları sadalayırıq:

  • Dözümlülüyü artırır. Deməli daha çox məşq edə və kalori yandıra bilərsiniz.
  • Gücü artırır. Quruma dövründə atletlərin güc potensialı azalır və onun normada qalmağı daha yaxşı inkşaf deməkdir.
  • Əzələni həcmli edir. Profesionalları çıxmaq şərti ilə, idman zallarında məşq edən istənilən həvəskar üçün əzələnin nə qədər qurumasına baxmayaraq həcmli olması halı daha xoşdur. Orqanizmin cüzi su saxlamağı isə buna elə də mane olmur.

Quruma dövründə kreatindən gün ərzində stabil olaraq 5 qram istifadə etmək kifayət edir. Bu qida əlavəsi ilə birlikdə BCAA, Amin turşu kompleksləri, proteinlər və yağ yandıranlar da istifadə edilə bilər.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
4 + ? = 12
Tövsiyə olunur