Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Ramazan ayında düzgün qidalanmaq

Ramazan ayında düzgün qidalanmaq

Hər il minlərlə həmvətənlərimiz “Ramazan ayında necə məşq edim və düzgün qidalanım” kimi suallarla qarşı-qarşıya gəlirlər. Onları narahat edən əsas faktorlar uzun müddət susuz qalmaq və təbdən düşmüş bədən ilə necə məşq edəcəkləridir. Proteinshop.az ailəsi olaraq bu növ sualları cavablandırmağı və topladığımız məlumatları bölüşməyi özümüzə borc bilirik.

Ramazan ayında sizin ilkin növbədə məqsədiniz əzələ inkşafı yox, məhz əzələ kütləsinin qorunub saxlanılması olmalıdır. Bunu nəzərə alaraq həftədə 3 dəfə, 45 dəqiqə olmaqla məşq etməyiniz kifayətdir. Edəcəyiniz məşqlər normadan qismən yüngül olmalı, lakin eyni zamanda da əzələ qruplarınız lazımı təzyiqi görməlidirlər. Arıq insanlar bu periodda kardio məşqlərdən uzaq durmalı, artıq çəkisi olanlar isə bacardıqları qədər intensiz kardio məşqlər etməlidirlər. Çünki ac qalma periodunda bu növ məşqlər tez bir zamanda artıq çəkilərdən azad olmanın qarantıdır.

Məşqlər, sizin özünüzü necə hiss edəcəyinizdən asılı olaraq iftardan əvvəl və sonra da yerinə yetirilə bilər. İftardan sonra məşq edənlərə, iftar zamanı xurma ilə qidalanıb məşqə başlamaq məsləhət görülür. Xurmanın ürək, ciyər və böyrəklərə olan faydasından əlavə, tərkibindəki yüksək miqdarda şəkər sizi qısa müddətdə enerji ilə təmin edib məşqə başlamanıza yardımçı olacaqdır. Məşqdən sonrakı qida qəbulu isə yetəri qədər sağlam olmalıdır. Nəfsinizə sahib çıxmayıb əlinizə keçəni yesəniz, həzm sisteminizi korlaya və metobolizminizi sıradan çıxara bilərsiniz. Mədəni yükləmədən normal həcmdə qidalanmaq məsləhətdir. İftar zamanı çoxlu su içmək lazımdır. Su, bədəndə gedən proseslərə bir növ yanacaq kimi vacibdir.

Qida əlavələrinə gəldikdə isə seçim Kazein-in üzərinə düşür. Əsas səbəb isə kazeinin 7-8 saat ərzində həzm olunması və orqanizmi uzun müddət tox saxlamasıdır.

Stimullaşdırıcılara gəldikdə isə kofeindən uzaq durmaq lazımdır. Kofeinin qəbulu zamanı orqanizmdə dehitratlaşma prosesi gedir və sizin suya ehtiyacınız güclənir. Belə olduqda orucunuzu pozmaq riskiniz də artır.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
36 + ? = 43
Tövsiyə olunur