Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Trenajor qurğuları yoxa Azad çəkilər?

Trenajor qurğuları yoxa Azad çəkilər?

Fitness dünyasında ən çox mübahisə olunan mövzulardan biri də trenajor qurğuları yoxsa azad çəkilər mövzusudur. Hər bir tərəfin özünəməxsus arqumenti və əsasları vardır. Lakin son qərarı verməzdən əvvəl hər bir tərəfin üstünlüklərinə və çatışmazlıqlarına göz gəzdirək.

Trenajor qurğuları:

  • Yeni başlayanlar üçün texnikanı zədə almadan öyrənməyə imkan yaradır
  • Bədən lazımı vəziyyətdə möhkəm dayanır və yellənmələrə yol verilmir
  • Zədə alma baxımından daha təhlükəsizdir
  • Başqa birinin səni sığortalamağa ehtiyac qalmır
  • Oynaqlara daha az təzyiq düşür
  • İstənilən əzələni ayrılıqda (izolyasiya) işlətmək mümkündür

 

Azad çəkilər:

  • Hərəkətin amplitudunu və istiqamətini hər cür dəyişmək mümkündür
  • Əsas əzələ qrupları ilə yanaşı kiçik əzələ qrupları da çalışırlar
  • Oynaqlar və bağlar (düzgün texnika zamanı) möhkəmlənirlər
  • Anabolik hormonların sekresiyası (ifrazı) artır
  • Əzələ kütləsinin artımına müsbət təsir göstərir
  • Ümumi bədən dözümlüyünü artırır

 

Belə bir nəticə çıxarmaq olar ki, trenajor qurğuları yeni başlayanlar və inkşafdan geri qalmış bəzi əzələ qruplarını ayrıca məşq elətdirmək istəyənlərə, azad çəkilər isə artıq təcrübəsi olan və əzələ kütləsini artırmaq istəyən idmançılara uyğundur. Əgər bizdən bu sualı soruşsanız, cavabımız azad çəkilər olacaq. Çünki azad çəkilər ruhu qidalandırır!!!

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
15 + ? = 20