Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Yeni məşqə baslayanların qidalanma haqqında yanlış fikirləri

Yeni məşqə baslayanların qidalanma haqqında yanlış fikirləri

İdmançının həyatında qidalanma əsas yerlərdən birini tutur. Buna əsaslanaraq məqaləmizdə yeni başlayanların qidalanmada etdikləri səhvlərdən və yanlış düşüncə tərzlərindən yazacayıq.

  1. Nə qədər çox zülal (protein) qəbul etsəm o qədər yaxşıdır: İlk növbədə nəzərinizə çatdırım ki, birdəfəlik qəbul zamanı orqanizm ancaq 30-40 qr zülal həzm edə bilir. Ümumilikdə isə gündəlik olaraq bədən çəkisinin hər kiloqramına 1,5-2 qr zülal bəs edir. Bundan artıq qəbul olunduqda isə artıq qalan zülallar piy şəklində dəri altında ehtiyat kimi yığılırlar.
  2. Yağlar ziyandır: Yalnız bəzi növ yağlar ziyandır. Qalanları isə həyati vacibdirlər. Orqanizm yağları özü ehtiva edə bilmir. Bunda əlavə, xeyirli yağlar anabolik proseslər və testesteron üçün bir növ tikinti materialı sayılırlar. Bu növ yağlara balıq və kətan yağını misal göstərə bilərik. Həmçinin yağ yanması metobolizminin fəaliyyəti pozulmasın deyə orqanizmə məhz yağ lazımdır. Paradoksa baxın, artıq yağların əriməsi üçün yağ lazımdır. Bütün bunlardan əlavə yağlar immun sisteminin güclənməsi üçün də çox vacibdir.
  3. Əzələ çəkisi artsın deyə çoxlu karbohidrat qəbul etmək lazımdır: Karbohidratlar yalnız yanacaq rolunu oynayırlar və orqanizmi enerji ilə təmin edirlər. İdmançıya gümrah olmaq üçün çəkisinin hər kiloqramına 4-5 qr karbohidrat qəbul etməyi kifayət edir.
  4. Gün ərzində 3 dəfə qidalansam bəs edər: İdmançının rasionunu düzgün tənzimləsək aydın olar ki, bütün qida məhsullarını 3 dəfəyə yemək olmaz. Bu mümkündür, lakin sizin mədəniz genişlənəcək və getdiyiniz hər yerdə qapıdan sizdən əvvəl qarnınız keçəcək. Bundan əlavə mədə bütün qidanı lazımı dərəcədə həzm edə bilməyəcək.
  5. İdman qidaları lazım deyil, adi yeməklər bəs edir: Düzgün qida məhsullarını seçdiyimiz zaman lazım olan maddələri qəbul edirik. Lakin əsas məsələ hansından nə qədər qəbul etməyimizdir. İdman qidaları bu suala cavab tapmaqda əla köməkçidirlər, çünki idman qidalarının tərkibində bizə lazım olan zülal və minerallar düzgün nisbətdə bölünür.
Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
38 + ? = 42
Tövsiyə olunur