Working hours:
Every day: 11 a.m. - 21 p.m.
Shop 1: N.Narimanov m/s, Tabriz st, 116

Soyuqdəymə və zökəm zamanı məşq etmək düzgündürmü?

Soyuqdəymə və zökəm zamanı məşq etmək düzgündürmü?

Bu günə qədər aparılan araşdırmaların bir çoxunda soyuqdəymənin yüngül əlamətləri zamanı idmanla məşğul olmağın orqanizm üçün heç bir ziyanı olmadığı, lakin ağır fiziki məşqlərin (bodybuilding və powerlifting) bu periodda sağalma prosesini ləngitdiyi fikirləri irəli sürülmüşdür. Həkimlərin ümumi rəyinə əsasən isə, soyuqdəymə hallarında, hətta insan özünü yaxşı hiss etsə belə, məşq etmək sağalma müddətini daha da uzadır və prosesi ləngidir. Bəs bütün bunlar nə dərəcəd doğrudur?

Ümumilikdə hər bir şəxs il ərzində 2-5 dəfə soyuqdəymə və zökəmə yoluxur. Xəstəliyin müddəti isə immunitetdən və virusun növündən asılı olaraq 1-2 gündən 3 həftəyə qədər davam edə bilər.

İndiana ştatı universitetinin professoru və elmlər doktoru Thomas G. Weidner, bədənlərinə virus yeridilmiş 50 könüllü ilə apardığı araşdırmanın sonunda belə bir nəticəyə gəlib: qaçış və trenajorlarda yüngül məşqlər edən könüllülərin sağalma prosesinə məşqlər heç cür mənfi təsir etməyib, lakin yüksək intensivli ağır fiziki məşqlər edən könüllülərin sağalma prosesi daha gec başa çatmışdır.

Zökəmə yoluxduğunuz halda isə ən yüngül məşqlər zamanı belə siz özünüzü riskə atırsınız. Çünki zökəm birbaşa ürəyin miokardına mənfi təsir edir.

Bütün bunlardan əlavə, insan xəstə olduğu zaman orqanizmdə anabolik proseslər zəifləyir və katabolik hormon olan kartizolun sekresiyası aktivləşir. Bu isə o deməkdir ki, siz bu vəziyyətdə məşq etsəniz belə, bu işin sizə xeyirdən çox ziyanı olacaqdır.

Çalışın tam sağalana qədər məşqlərdən uzaq olasınız. Bir həftəlik istirahətin idmançı üçün heç bir ziyanı yoxdur, daha da əzələləriniz növbəti ağır məşq perioduna tam dincəlmiş və bərpa olunmuş halda başlamağa hazır olacaqlar.

Comments
No comments yet
Write your comment
22 + ? = 23
Recommend