Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 104
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

Impact Whey Protein (2.5 kg)

Brend: Myprotein
Reytinq:
Mövcudluq:
Mövcuddur
100,0

Impact Whey Protein nədir?

Bizim ən çox satılan Impact Whey Protein® zərdab zülalının yüksək keyfiyyətli konsentratından hazırlanır və hər bir porsiyasının tərkibində 20 qramdan çox (80%) zülal vardır. Bir porsiyasında 2qramdan çox leysin olan həmin məhsulun amin turşularının kompleks profili sizi əvəzedilməz amin turşuları (EEA) ilə təmin edəcəkdir. Əgər siz ən yüksək keyfiyyətə malik, qiymət keyfiyyət, və əla dadın müstəsna nisbətini özündə birləşdirən zülal axtarırsınızsa – bu zaman sizə lazım olan məhz məhsuldur.

Biz zülal kokteyllərinin geniş dad çeşidini sizə təklif etdiyimiz üçün qürur hissi duyuruq. Siz şokolad və ya vanil kimi klassik dadları, eləcə də Tiramisu, Qaragilə və Limonlu Çizkeyk kimi yeni dadlar seçə bilərsiniz.

Impact Whey Protein məhsulunun üstünlükləri

Bu məhsul bütün idmançılar və trenajor zallarında məşq edən adi insanlar üçün idman məqsədlərinə nail olmağa kömək edəcək ideal seçimdir. Böyük miqdarda zülalın istifadəsi əzələ kütləsinin böyüməsi və dəstəklənməsinə kömək edəcəkdir. Impact Whey Protein məhsulunu Qaymaqlı Peçenye, Ravənd və Bişirilmiş krem kimi 40-dan çox dadda, eləcə də çox sayda digər təbii dadda mövcuddur.

Impact Whey Protein məhsulu kimə uyğundur?

Məhsul gündəlik zülal qəbulunu artırmaq istəyən hər bir kəsə ideal şəkildə uyğundur. Рекомендуется принимать Impact Whey Protein məhsulunu həm məşqə qədər, həm də məşqdən sonra, eləcə də əgər siz zülal qəbulunu artırmaq istəyirsinizsə, gün ərzində istənilən zaman istifadə etmək tövsiyyə olunur.

Impact Whey Protein məhsulunu necə qəbul etməli?

Impact Whey Protein sürətlə sorulur, ona görə də onu məşqlərdən sonra qəbul etmək daha yaxşıdır. Onu su və ya südlə dadlı zülal kokteyli kimi və yaxud sevimli şirə və ya yoqurtla birlikdə istifadə etmək olar.

 

Əsas üstünlükləri

  • Avropada 1 №-li zərdab proteini.
  • Hər bir porsiyanın tərkində 80%-dən çox zülal var.
  • Amin turşularının əla profili.
  • Əzələlərin bərpa edilməsi və böyüdülməsi üçün mükəmməl uyğundur.
  • Əla dada və yaxşıqarışmaq qabiliyyətinə malikdir.
 İstifadə qaydası: 1 böyük qaşıq (25qr) məhsulu 150-250 ml su və ya südlə qarışdırıb, məşqdən 30 dəqiqə qabaq və ya sonra qəbul edin.
Şərh yazılmayıb
Şərh yaz
16 + ? = 22
Tövsiyə olunur