Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 104
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

IsoHD 90 CFM Protein (1800g)

Brend: Amix
Reytinq:
Mövcudluq:
Mövcuddur
105,0

IsoHD® 90 CFM Protein – Amix™ şirkəti tərəfindən xüsusi tərtib edilmiş yeni növ zülal kompleksidir. Bu 100 faizlik whey protein içkisi yüksək miqdarda L-Qlütamin, PepForm™ Triple-Matrix,  AminoGen® enzimləri və LactoSpore™ probiotikləri ehtiva edir.

CFM® (Cross Flow Microfiltration) – çarpaz axın mikrofiltrasiyası kimi tərcümə olunan bu sistem ən müasir prosesləri özündə birləşdirir. Bu proseslərin nəticəsində alınan məhsulun tərkibində bütün vacib zülal mikrofraksiyaları və bioaktiv peptidlər cəmlənir.

L-Qlütamin – insan orqanizmində əvəzolunmaz ən zəngin amin turşusudur. Eninəzolaqlı (skelet) əzələlərindəki amin turşuların 60 faizdən çoxunu və ümumi orqanizmdəki amin turşularının 20 faizdən çoxunu məhz L-Qlütamin təşkil edir. Bütün bunlardan əlavə L-Qlütamin zülalın sintezində və əzələlərin bərpasında mühüm rol oynayır.

PepForm™ Triple-Matrix – PepForm BCAA 2:1:1, PepForm leysin peptidləri və 1:1:1 nisbətində PepForm triptofan peptidlərindən ibarət kombinasiyadır. Bu komponentlərin alınması üçün sərbəst formada olan amin turşuları müasir fraksiyalaşdırma və ayırma texnalogiyalarından istifadə nəticəsində  şəkər zərdabından ayrılmış peptidlərlə birləşdirilir.

AminoGen® - patentləşdirilmiş və təbii yolla alınan bitki enzimləridir. Həzm sistemini gücləndirmək istəyən hər bir kəs üçün əvəzolunmaz məhsuldur.

LactoSpore™ - həzmi yaxşılaşdırmaq və immun sistemini gücləndirmək üçün nəzərdə tutulmuş probitiklərdir.

 

Əsas üstünlükləri:

  • Protein əzələ kütləsinin artmasına təkan verir
  • Protein əzələ kütləsinin qorunub saxlanmasına yardım edir
  • Tərkibində Aspartam yoxdur
  • PepForm™ Triple-Matrix, AminoGen® LactoSpore™ ehtiva edir.
  • Tez həzm olunur

 

İstifadə qaydası: 1 ölçü qaşığı maddəni (30qr) 200-300 ml su və ya aşağı yağ faizli südlə qarışdırın. Gün ərzində zülal tələbatınızdan asılı olaraq 2-3 dəfə qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
2 + ? = 10
Tövsiyə olunur