Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: Tarqovıy.Hard Rockun yanı.Yeni Bum
Ünvan 3: H.Aslanov m/s. Məhəmməd Hadi 70

MYPRE (500 g)

Brend: Myprotein
Reytinq:
Mövcudluq:
Mövcuddur
60,0

Mypre nədir?

Mypre - Myprotein şirkətinin premium sinif məşq əvvəli kompleksdir. Bu kompleksdə idman qidaları bazarında məşq əvvəli məhsullarının ən güclü və daha effektiv formulunu əldə etmək məqsədi daşıyan son qabaqcıl elmi təkmilləşdirmələrdən istifadə olunmuşdur.

Mypre məhsulunda məşqlərdə məhsuldarlığın yaxşılaşdırılması, yorğunluğun azaldıılması və məşq boyunca diqqətin daimi cəmlənməsinin təmin edilməsi üçün komponentlər dəstindən istifadə edilir. Mypre 7 dadda istehsal edilir: Turş Alma, Limon və Laym, Yemiş, Moruq Limonadı, Portağal, Üzüm və Mavi Moruq.

Mypre məhsulunun üstünlükləri: Mypre məhsulunda məşqlərdə məhsuldarlığınızı yaxşılaşdıraraq, bir-birini qarşılıqlı surətdə tamamlayan əsas inqrediyentlərdən istifadə olunmuşdur. İki ölçü qaşığından ibarət hər bir porsiya özündə aşağıdakıları ehtiva edir: Kreatin (4 qr) : Mypre məhsulunda qısa müddət ərzində yüksək intensivli təkrarlanan hərəkətlərin yerinə yetirilməsi zamanı fiziki məhsuldarlığı yaxşılaşdıran kreatin hidroxlorid, kreatin etil ester hidroxlorid və kreatin monohidrat (Creapure) da daxil olmaqla, 4 müxtəlif tpli kreatindən istifadə olunur. Kofein (400 mq): Mypre məhsulunda iki ölçü qaşığında 400 mq kofeini təmin etmək üçün kofein və quar ekstraktının patentləşdirilmiş qarışığından istifadə edilir. Kofeinin diqqəti artırdığı sübut olunmuşdur. Amin turşuları: Mypre sizə leysin, izoleysin və valinin 2:1:1 nisbətində 4 qr şaxələnmiş yan zəncirləri ilə amin turşuları(BCAA) verir. Mypre eyni zamanda hər porsiyaya 800 mq leysinin əlavə edilməsi ilə əvəzolunmaz amin turşularının tam siyahısını özündə ehtiva edir. Vitaminlər və minerallar: Mypre məhsulunun tərkibində yorğunluğun azaldılmasına cavabdeh olan pantoten turşusu, B6, B12 vitaminləri, niasin və riboflavin vardır. Pantoten turşusu və biotin də həmçinin orqanizmin fizioloji funksiyalarının normal şəkildə davam etməsi üçn çox vacibdir. Mypre həmçinin3 qr beta alanin, malat l-sitrullin, l-arginin, d-asparagin turşularını və 1 qr sulfat aqmatin və betaini özündə ehtiva edir.

Mypre kimlərə uyğundur?

Mypre məhsulu məşq zamanı məhsuldarlığın yaxşılaşdırılması, yorğunluğun azaldılması, diqqətin artırılması və cəmlənməsi üçün güclü məşq əvvəli formulu lazım olan şəxslər üçün tövsiyyə olunur.

 

Əsas üstünlükləri

  • Yorğunluq əleyhinə formul
  • Məhsuldarlığı artırır
  • Diqqətin uzun müddət ərzində cəmlənməsi

İstifadə qaydaları: 1 ölçü qaşığı məhsulu 300-400 ml soyuq su ilə qarışdırıb məşqdən 30 dəqiqə qabaq qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
26 + ? = 36
Tövsiyə olunur
Tövsiyə olunur