Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: H.Aslanov m/s. Məhəmməd Hadi 70

NitroTech Whey Gold (2.5kg)

Reytinq:
Mövcudluq:
Mövcuddur
125,0

NitroTech 20 ildən çoxdur ki, öz sinfində liderlik edən protein seriyasıdır. Qabaqcıl tədqiqatlara və ən son texnologiyalara əsaslanan istehsal prosesi ilə dünyada milyonlarla istifadəçilərin rəğbətini qazanmışdır. Sözü gedən bütün bu üstünlüklər seriyanın ən yeni məhsulu olan NitroTech 100% Whey Gold-da öz əksini tapmışdır. 

Tərkibində çoxlu sayda whey peptidlər ehtiva edən bu izolyat protein sizin orqanizminizə ən sürətli həzmi və absorbsiyanı bəxş edəcəkdir. Bu sürət sayəsində əzələlər daha tez bərpa olur, inkşaf tezləşir və nəticədə siz qısa zaman müddətində keyfiyyətli quru əzələlərə sahib olursunuz. Qeyd etmək lazımdır ki, NitroTech 100% Whey Goldun ibarət olduğu whey peptidlər digər protein mənbələrindən fərqli olaraq yüksək bioloji dəyərə malikdirlər. Bu o deməkdir ki, sözü gedən protein tozu orqanizm tərəfindən maksimum dərəcədə səmərəli istifadə olunacaqdır.

NitroTech 100% Whey Gold-un qabaqcıl soyuq mikrofiltrasiya üsulu ilə hazırlanması onun premium keyfiyyətinin daha bir danılmaz sübutudur.

Əsas üstünlükləri:

  • Sürətli həzmi təmin edən hidrolizat whey peptidlər
  • Premium keyfiyyətli amin turşu kompleksi
  • Hər öyündə 5.5qr BCAA4qr Qlütamin
  • Soyuq mikrofiltrasiya üsulunun tətbiq edilməsi

 

İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu 200-250 ml su və ya yağsız süd ilə qarışdırıb yemək fasilələri zamanı qəbul edin. Məşq günləri məşqdən öncə və sonra istifadə edin.

Şərh yazılmayıb
Şərh yaz
40 + ? = 47