Режим работы магазина:
Каждый день: с 11:00 до 21:00
Адрес 1: Н.Нариманов м, у.Табриз 116

Omega-3 yağ turşularının faydaları

Omega-3 yağ turşularının faydaları

Omeqa-3 turşu yağları – insan orqanimində sintez olunmayan, lakin metobolizmin düzgün fəaliyyəti üçün kritik dərəcədə vacib olan maddələrdir. Sağlamlığımızı daim qoruyub saxlamaq üçün Omeqa-3 ilə zəngin olan balıq növləri və bir sıra bitki yağları ilə bəslənməliyik. Nəzərinizə çatdıraq ki, digər heyvanlların ətində və bitki yarmalarında bu yağlar mövcud olmur.

Bu yağ turşuları heyvani (EPA və DHA) və bitki (ALA) mənşəli olmaqla 2 yerə bölünürlər. Bitki mənşəli Omeqa-3 yağlarının yalnız 10-20 %-i orqanizm tərəfindən tam həzm olunur. Məhz bu səbəbdən  balıq məhsullarının və ya kapsulda balıq yağlarının Omeqa-3 mənbəyi kimi istifadəsi qoz, şia toxumları, kətan yağı və s. kimi mənbələrdən üstün tutulur.

Omeqa-3 yağları bədəndəki bütün toxumaların (dəri toxumasından əzələ toxumalarına kimi) bərpasını və yenilənməsini sürətləndirir, stress hormonu olan kortizolun səviyyəsini aşağı salır və arterial təzyiqi stabilləşdirir. Omeqa-3 orqanizmdə çatışmadıqda isə immun sistemi və ümumi metobolizm zəifləyir. Nəticədə siz xəstəliklərə qarçı daha həssas olursunuz.

Omeqa-3 yağlarının böyüklər və uşaqlar üçün minimal gündəlik dozası 250mq, optimal dozası isə 1-1,5 qramdır. Təhlükəsiz maksimum gündəlik doza 7-8 qr Omeqa-3 yağları istifadəsi ilə məhdudlaşır.

Комментарии
Пока нет комментариев
Написать комментарий
43 + ? = 44
Рекомендуемые товары