5 ən yaxşı BCAA
Oxuyacağınız bu məqalənin əsas məzmunu adından göründüyü kimi idman qidaları bazarında keyfiyyətcə 5 ən yaxşı BCAA istehsal edən şirkətləri ayırd edib, sizə tanıtmaqdan ibarətdir. Nəzərinizə çatdıraq ki, bu araşdırma hər hansı bir məhşur saytın, idman qidalarına aid blogların məqalələrinə və ya tanınmış idmançının idman qidaları barəsində olan açıqlamalarının ümumi məzmununa əsaslanmır. Sizlərə təqdim olunacaq reytinq dünyanın ən müasir kimyəvi analiz labaratoriyasına sahib “Labdoor” tibb şirkətidir. Amerikanın San Fransisko şəhərində yerləşən Labdoor tibb şirkətinin əsas məqsədi alıcılara ən təmiz, ən keyfiyyətli idman qidalarını təqdim etməkdi. Labdoor tam azad təşkilatdır və heç bir idman qidası şirkəti ilə əməkdaşlıq etmir. Bu unikal şirkət haqqında bütün əlavə məlumatı bu linkə https://labdoor.com/about daxil olaraq ala bilərsiziniz.
İlk öncə BCAA nədir sualına qısa cavab verək: BCAA, əvəzolunmaz 3 əsas amin turşusundan – Leysin, İzoleysin və Valindən ibarət kompleksdir. Açması “Branched Chain Amino Acid” olan bu kompleks “Şaxələnmiş zəncirli amin turşusu” kimi tərcümə olunur. Bu zülallar insan orqanizmi tərəfindən istehsal olunmadıqları üçün əvəzolunmaz adlanırlar. Siz onları yalnız qida və qida əlavələrinin köməyi ilə əldə edə bilərsiniz. Məhz bu xüsusiyyəti BCAA kompleksini idman qidaları arasında ən məhşur əlavəyə çevirib.
Xülasə, keçək əsas məsələyə.
1. Bu ilki reytinqdə ilk yeri sosial mediada elə də yaxşı tanınmayan, lakin keyfiyyətinə görə bir sıra sertifikatlara sahib “Do Vitamins” şirkətinin BCAA kompleksidir.
2. Reytinqdə növbəti yerin sahibi Nevada ştatında yerləşən “Bulk Supplements” şirkətinin 2:1:1 nisbətində olan BCAA kompleksidir.
3. Reytinqin üçüncü yerində isə idman qidaları bazarında məhşur olan “MusclePharm” şirkətinin 3:1:2 nisbətində olan BCAA kompleksi qərarlaşıb.
4. Dördüncü yerin sahibi isə vətəni Ingiltərə olan, hamının çox yaxşı tanıdığı və ölkəmizdə rəsmi nümayəndəliyi fəaliyyət göstərən “Myprotein” brendinin unikal BCAA kompleksidir. Nəzərinizə çatdıraq ki, Myprotein keyfiyyət reytinqində dördüncü, dəyər reytinqində isə https://labdoor.com/rankings/bcaa ikinci yerin sahibidir.
5. Sonuncu yerdə isə Amerikanın onlayn idman qidası bazarında xüsusi alıcı kütləsinə sahib “NOW sports” şirkətinin amin turşu tozu qərarlaşıb.
Bütün bu məlumatlar ilə tanış olduqdan sonra sizin fikirlərinizdə belə bir sual yarana bilər: Bəs onlarla patentə və bir sıra keyfiyyət sertifikatlarına sahib Amix Nutrition şirkəti niyə bu reytinqdə iştirak etməyib? Cavab isə çox sadədir. Dünyanın ən böyük idman qidası bazarı və fabriki Amerika Birləşmiş Ştatları olduğu üçün, keyfiyyət reytinqində də məhz bu bazara ayaq basmış Avropa brendləri iştirak edə biliblər.
Reytinqin sonrakı pillələrinin sahibləri ilə tanış olmaq istəsəniz bu linkə https://labdoor.com/rankings/bcaa daxil ola bilərsiniz.