Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Aspartamın ziyanı haqqında bilmədikləriniz

Aspartamın ziyanı haqqında bilmədikləriniz

Yəqin ki, idman qidalarının tərkibini araşdırdığınız zaman əsas üstünlük kimi tərkiblərində aspartamın olmamasını önə çəkən şirkətlərə rast gəlmisiniz. Bizim təmsil etdiyimiz idman qidası şirkətləri də bu mövzuda istisna hal deyillər. Bəs yaxşı, nəyə görə kimyəvi tərkibdə aspartamın olmaması bu qədər vacibdir? Niyə sağlam həyat tərzini təmsil edən idman brendləri bu maddənin istifadəsindən imtina ediblər? Bu və bu kimi suallara cavab tapmaq üçün aspartam ilə yaxından tanış olaq.

Aspartam – şəkəri əvəz edən qida əlavəsidir. Kod adı E951. 1965-ci ildə G.D. Searle & Company  şirkətində çalışan kimyaçı alim James M. Schlatter  tərəfindən kəşf olunub. Adi şəkərdən təqribi 160-200 dəfə şirindir. Zülal və karbohidratlarda olduğu kimi kalori dərəcəsi 4kkal/q təşkil edir. Ancaq çox az miqdarda istifadə olunduğu üçün bir çox məhşur brendlər “dietik” və “sıfır kalori” adlandırdıqları məhsullarında aspartamın kalorisini hesaba qatmırlar.

Adi şəkərdən fərqli olaraq aspartamın verdiyi şirin dad təəssüratı bir az gec hiss olunur, amma bu təəssürat qalıcı xüsusiyyət daşıyır. Loru dildə desək, ağzınızdan dadı getmir. Buna səbəb ağız suyunun aspartamı tamamilə yuya bilməməsidir. Nəticədə siz şüuraltı olaraq istifadə etdiyiniz məhsuldan bir daha dadmaq istəyirsiniz. Bu maddəni öz məhsullarında istifadə edən şirkətlər bunu çox yaxşı anlayırlar və insanları manipulyasiya etmək üçün bu xüsusiyyətlərdən məharətlə istifadə edirlər.

Aspartam harda və kimlər tərəfindən istifadə edilir sualının cavabı isə sizi təəccübləndirməsin. Marketlərdə rastınıza çıxacaq qazlı və energetik içkilərin (Cola, Fanta, Sprite, Pepsi, RedBull, Monster və s.), şirin vafli və peçenyelərin, yoqurtların,saqqızların, konfetlərin və hətta təbii şirələrin belə tərkibində aspartama rast gəlinir.

Aspartam haqqında yazan heç bir rəsmi mənbələrdə onun ziyanlı xassələri haqda danışılmr. Bunu anlayışla qarşılamaq olar, çünki heç kim öz qatığına turş deməz. Aspartamın ziyanlı olmamasının əsas sübutu kimi isə 70-ci illərdə aparılan tədqiqatları misal gətirirlər. Gəlin razılaşaq ki, 70-ci ildən bu yana tibb çox güclü inkşaf edib və keçmişdə edilən bir çox açıqlamaların yanlış olması dəfələrlə sübut olunub. Rəsmi mənbələrdən fərqli olaraq bir sıra avropa universitetləri və tədqiqatçıları qeyd edilən bu maddəni araşdırıb, onun ziyanlı xüsusiyyətləri haqda açıqlamalar veriblər. Bütün bu açıqlamaların ümumi məzmununu sizlərə təqdim edirik.

İlk olaraq onu qeyd edək ki, aspartam orqanizmdə asparaqin turşusuna, fenilalaninə və metanola parçalanır.

Asparaqin turşusu (aspartamın 40%-ni təşkil edir)

Missisipi ştatının tibb universitenin professor neyrocərrahı Russell LBlaylock, tərkibində böyük miqdarda asparaqin turşusu olan qidaların və içkilərin törətdiyi dəhşətli fəsadlar haqqında detallı izahı olan kitab dərc etmişdir. Onun araşdırmalarına görə bu tip maddələr beyindəki neyronları tədricən məhv edir. Nəticədə nevroloji problemlərlə yanaşı yüzlərlə digər simptomlar da peyda olmağa başlayır. Bu vəziyyətdə daha çox azyaşlı uşaqlar təhlükə altındadırlar.

Fenilalanin (aspartamın 50%-ni təşkil edir)

Bu maddə Fenilketonuriya xəstələri üçün ölümcül təhlükənin mənbəyidir. Bundan əlavə, sübut olunmuşdur ki, adi insanlarda belə aspartamın karbohidratlar ilə birgə qəbulu zamanı beyində fenilalanin faizi normadan çox olur. Fenilalaninin beyində həddən çox olması serotonin hormonunun səviyyəsini azaldır, nəticədə insan emosional gərginlik və depresiya yaşayır. ABŞ konqresi önündə çıxış edən həkim Louis J. Elsas, qanda yüksək səviyyədə olan fenilalaninin baş beyinin müəyyən nahiyələrində toplanmasını sübut etmişdir. Bu maddədən uzun müddət istifadə edən şəxslərdə yaddaş zəifləməsi və bir sıra nevroloji simptomlar qeydə alınmışdır.

Metanol (aspartamın 10%-ni təşkil edir)

Metanol, başqa adıyla metil spirti, ölümcül zəhər və kor olmaqla yanaşı ölümlə nəticələnən bir sıra fəsadların əsas səbəbkarıdır. Aspartam ilə şirnilənmiş 1 litr içkinin tərkibində 56 mq metanol iştirak edir. Aspartamı 30 ºC-yə qədər qızdırdıqda tərkibində metanol formalaşır. Sərinləşdirici içkilərin üzərində məhz bu səbəbdən “sərin için” yazılır. Çünki satdıqları məhsul isindikdə potensial zəhərə çevrilir. Metanol ilə zəhərlənmə zamanı bu kimi simptomlar üzə çıxır – baş ağrısı, baş gicəllənməsi, qulaqda cingilti, ürək bulanması, mədə-bağırsağın sıradan çıxması, yaddaşın tədricən itməsi, keyimə, görmə ilə bağlı problemlərin yaranması və s.

 

Aspartamın tamamilə qida rasionundan çıxarılması sizi və yaxınlarınızı böyük təhlükədən qoruyacaq. Bütün bunları oxuduqdan sonra ümid edirik ki, alacağınız qidalara daha çox diqqət edəcəksiniz. Daim sağlam və güclü olun.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
18 + ? = 21