Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Beta-Alanin nədir?

Beta-Alanin nədir?

Bu gün sizə profesional atletlər arasında “dözümlülük zülalı” kimi tanınan Beta-Alanin haqqında yazacayıq. Zülalın bu növü tək idmançılara deyil, klimaks dövrü keçirən qadınlara da məsləhət görülür. Amma ilk əvvəl gəlin bu zülalla tanış olaq.

Beta Alanin – beyində və əzələlərdəki birləşdirici toxumalarda yerləşən dipeptid zülalıdır. O öz növbəsində L-Histidinlə birləşərək orqanizmdə turşuluq səviyyəsini normallaşdıran “Karnozin” maddəsinin sintezinə yardımçı olur. Bundan əlavə, Beta-alanin əzələlərdə karnozinin cəmlənməsini əhəmiyyətli dərəcədə artırır. Bunun müsbət cəhətini isə belə anlatmaq olar:

Fiziki aktivlik zamanı əzələlərdə onların dözümlüyünə mənfi təsir göstərən süd turşusu yığılır. Süd turşusunun miqdarı artan zaman əzələlərin yorğunluq hissi də güclənir. Karnozin isə bu turşunun sintezinin qarşısını alaraq əzələlərə uzunmüddətli çalışmağa və daha da dözümlü olmağa yardımçı olur.

Beta-Alanindən qaçış, sprint, ağır çəkilərin qaldırılması və ya boks (digər döyüş növləri) kimi intensiv idman növləri ilə məşğul olanlar üçün faydalı əlavədir. Beləki, bu növ idmanlarda əzələ dözümlülyü əsas faktorlardan biridir.

Beta-Alanindən gün ərzində 6 qram istifadə etmək məsləhətlidir.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
15 + ? = 22