Fərhad Heydərov
İsmi: Fərhad Heydərov
Boyu: 171 sm
Çəkisi: 75 kq
Doğum tarixi: 06.09.1985
Web saytı: www.farkhadheydaroff.com
İnstagram səhifəsi: Farkhad_heydaroff
İdmana ilk dəfə 10 yaşından bəri həvəs göstərib. Bu dövrlərdə o, əlbəyaxa döyüş növlərinə daha çox üstünlük verməsinə baxmayaraq uzun müddət ərzində ümumi fiziki hazırlıq üçün məşğələlərə də xüsusi yer ayırmışdı. 20 yaşından etibarən məşqçilik fəaliyyətinə başlayan bu gənc idmançı artıq 23 yaşında ilk şəxsi idman zalını açır. Uzun müddət “powerlifting” idman növü ilə məşğul olduqdan sonra 2008-ci ildə ilk dəfə bu növdə yarışlara qatılıb. Daha sonra bodybuilding sahəsində fəaliyyətini davam etdirən idmançı 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən “Men’s Physique” fitness yarışmasına qatılır və birinci yerin sahibi olur. Hal-hazırda H.Əliyev adına idman arenasında şəxsi fitness təlimçi kimi fəaliyyət göstərir.