Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Geyner

Geyner

İlk öncə bundan başlayaq ki, Geyner nədir?

Geyner – 15%-30% zülal və 50%-80% karbohidratla, amin turşularıyla və vitaminlər ilə birlikdə ehtiva olunan, yüksək kalorili, zülal-karbohidrat qarışığıdır. Yüksək kalori nisbəti ehtiva etdiyinə görə, Geyner, adətən, orqanizmin enerji ehtiyyatlarını, həmçinin bədən kütləsini artırmaq üçün istifadə olunur. Əzələ kütləsini artırmaqla bərabər, Geyner, güc göstəricilərini də artırır, çünki karbohidratlar ilə bərabər zülalları da (əzələlərin inkişafı üçün əvəzolunmaz “tikinti materiallarını”) ehtiva edir.

Geynerləri karbohidrat və zülal ehtivasına, həmçinin karbohidratların növlərinə görə fərqləndirmək olur. Axırıncıya gəldikdə isə, Geyner yüksək qlikemik və aşağı qlikemik indeksli  karbohidratlardan ibarət ola bilər.

Yüksək qlikemik indeksli karbohidratlar – qanda şəkəri dərhal qaldırmaq xüsusiyyətinə malikdir. Yüksək qlikemik indeksli karbohidratlar ehtiva edən Geyner, qısa müddətdə çəki artırmaq istəyən insanlara uyğundur.

Aşağı qlikemik indeksli karbohidratlar da qanda şəkəri qaldırmağa malikdir, lakin kifayət qədər uzun müddətə. Aşağı qlikemik karbohidratlı Geyner, quru, az-yağlı əzələ kütləsini artırmağa kömək edir.

Geynerin tərkibində kalori miqdarı çox olduğu üçün, zülallar daha tez həzm olunur və mənimsənilir, nəinki sadə yüksəkzülallı (proteinli) kokteyllərdə. Çünki, karbohidratlar orqanizmdə insulin ifrazını oyadır, o isə əzələ hüceyrələrinin toxumalarını aralamaq xüsusiyyətinə malikdir. Nəticədə zülallar və digər xeyirli maddələr əzələlərə daha yaxşı mənimsənilir.

Geyner kimlər üçün daha önəmlidir?

Təkrar bildirmək istəyirəm ki, Geyner – kifayət qədər kalorili məhsuldur və hər adama uyğun deyil. Misal üçün kökəlməyə meyilli insanlara bu idman qidasından çəkinmək tövsiyyə olunur, çünki əzələ artımı ilə bərabər orqanizmdə yağ faizi də xeyli artacaqdır. Lakin arıq bədən quruluşuna sahib və metabolizmləri sürətli insanlara, Geyner mükəmməl şəkildə uyğundur. Bu tip insanlara Proteindən çox Geyner məsləhətdir.

Geyneri düzgün şəkildə necə qəbul edirlər?

Geyner – sadə qidanın tam əvəzedicisi olmadığı üçün, onu qida qəbulu fasilələri zamanı qəbul etmək lazımdır. Çəkinizdən və məşqinizin intensivliyindən asılı olaraq, gün ərzində Geyneri 2-3 dəfə qəbul edin. Əgər performansınızı artırmaq istəyirsizsə, onda bir porsiya Geyneri məşqdən 45-60 dəqiqə qabaq, həmçinin məşqdən dərhal sonra qəbul edin.

Geynerin hazırlanması:

100-150 qr. Geyneri 250-300 ml süd və yaxud su ilə tam həll olana qədər qarışdırın.

Geyner barəsində yekun sözümüzdü odur ki, yüksək-intensiv məşq və sağlam, keyfiyyətli yuxu olmadıqda, gözlədiyiniz nəticə sıfıra bərabər olacaq.

Mənim isə sizə arzum – Düzgün qidalanın və Sağlam olun!

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
33 + ? = 39