Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Gündəlik amin turşu miqdarı nə qədərdir?

Gündəlik amin turşu miqdarı nə qədərdir?

Amin turşuları orqanizmin əsas tikinti materiallarıdır. Bu materiallar olmadan nə inkşaf, nə də orqanizmin effektli funksionallığı təmin oluna bilməz. Lakin bu funksionallığın effektli olması üçün amin turşuları balanslaşdırılmış şəkildə qəbul olunmalıdır. Bəs bu balans necə təyin olunub və gündəlik norma nə qədərdir?

Bu sualın cavabına Ümumdünya Səhiyyə Təşkilatı aydınlıq gətirib. Məhz onlar balanslaşdırılmış gündəlik amin turşu normasını təyin edib, ictimaiyyətə təqdim ediblər:

  • Valin - 4000 mq
  • İzoleysin – 4000 mq
  • Leysin – 6000 mq
  • Lizin – 5000 mq
  • Metionin – 4000 mq
  • Treonin – 3000 mq
  • Triptofan – 1000 mq
  • Fenilalanin – 4000 mq
  • Histidin – 2000 mq
  • Arqinin – 6000 mq
  • Alanin – 3000 mq
  • Aspargin turşusu – 6000 mq
  • Qlisin – 3000 mq
  • Qlütamin turşusu – 16000 mq
  • Prolin – 5000 mq
  • Serin – 3000 mq
  • Tirozin – 4000 mq
  • Sistin – 3000 mq

Bundan əlavə bir neçə maraqlı funksiyaya malik amin turşuları da mövcuddur. Lakin Ümumdünya Səhiyyə Təşkilatı onların sutkalıq istifadə miqdarını təyin etməyib.

Bütün bu amin turşu miqdarları orqanizmin effektli funksiyası üçün lazım olan minimumdur. Əlavə fiziki yüklənmə periodunda bu miqdar sayları arta bilər.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
34 + ? = 44