Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

İmmun sistemini gücləndirən qida məhsulları

İmmun sistemini gücləndirən qida məhsulları

Hər birimizə aydındır ki, orqanizmin bakteriyalardan, göbələklərdən və infeksiyon xəstəliklərdən qorunmasına məhz immun sistemi cavabdehdir. Güclü immun sisteminə sahib olmaq üçün isə stressdən uzaq olmaq, vaxtında yatmaq, balanslaşdırılmış və sağlam qida ilə qidalanmaq kimi faktorları nəzərə almaq lazımdır. Bütün sadaladıqlarımızdan ən əsası isə immun sisteminin fəaliyyəti üçün yanacaq rolunu oynayan qida məhsullarıdır. Bəs bu qida məhsulları hansılardır?

1.Su: Orqanizmin toksinlərdən təmizlənməsi üçün su içmək çox vacibdir. Bundan əlavə su nəfəs yollarını da təmizləyir.

2.Sarımsaq: Antibakterial və virus əleyhinə olan xüsusiyyətləri sayəsində bu qida məhsulu immun sistemi üçün əvəzolunmaz müdafiə mənbəyidir.

3.Soğan: Dezinfeksiyaedici xüsusiyyətlərinə görə soğan xalq təbabətində və bir sıra xəstəliklərdən müalicədə geniş istifadə olunur. Bütün bunlardan əlavə, soğan immun sistemini gücləndirmək üçün əla seçimdir.

4.Sitrus meyvələri: İmmun sistemi üçün rasiona limon, portağal, mandarin və qreypfrut əlavə olunması məqsədəuyğundur. Səbəb isə bu sitrus meyvələrin Vitamin C  və antioksidantlar ilə zəngin olmalarıdır.

5:Qırmızı meyvə və tərəvəzlər: Bu qida məhsullarının qırmızı olmasına səbəb ehtiva etdikləri xüsusi maddələrdir. Beləki, qırmızı meyvə və tərəvəzlər yüksək miqdarda Karotin və Vitamin A ehtiva edirlər. Bu kimi maddələr orqanizmin müdafiəsini gücləndirirlər.

6: Vitamin E ehtiva edən məhsullar: Əgər immun sisteminin fəaliyyətinə güc qatmaq və sağlam dəriyə sahib olmaq istəyirsinizsə, o zaman Badam, Ispanaq, Brokoli, Cəfəri, Günəbaxan, Qara zeytun və Avokado kimi məhsullara nəzər salın.

7:Dəmir ehtiva edən məhsullar: Dəmir, immun sistemini gücləndirmək və özünü anemiya xəstəliyindən qorumaq istəyənlər üçün həyati önəm daşıyan mineraldır. Qırmızı ət, Qoz, Gavalı, Dəniz məhsulları, Paxlalı bitkilər, Yaşıl yarpaqlı tərəvəzlər və Yumurta, adını çəkdiyimiz mineral ilə ən zəngin qida məhsullarıdırlar.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
27 + ? = 30