Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Məşq zamanı su içilməlidirmi?

Məşq zamanı su içilməlidirmi?

Suyun insan həyatında rolu böyükdür. Tənəffüs etdiyimiz havadan sonra ən önəmli tələbat suya olan tələbatdır. Sağlam bir insanın bədəni 78% sudan ibarətdir və bütün orqanizmin fəaliyyəti məhz suyun bədəndə olan normal faizindən asılıdır.

Bütün bunları nəzərə alsaq əminliklə deyə bilərik ki, bir idmançının da rasionunda kifayət qədər su içmək düzgün qidalanmaq qədər vacibdir. Buna səbəb isə orqanizmdə su səviyyəsinin normadan 1% belə aşağı düşməsinin metobolizmin fəaliyyətinə mənfi təsir etməsidir. Belə olduğu halda əzələ inkşafından və ya artıq yağların yanmasından söz gedə bilməz. Nəticədə bu çətin şəraitə düşmüş orqanizm mübarizə aparmaq üçün piy depolamağa başlayır.

Digər bir əsaslı səbəb isə orqanizmdə yetəri qədər su ehtiyyatı olmadıqda damarlarda axan qanın qatılaşmağa başlaması və qan vasitəsi ilə əzələlərə qidalı maddələrin daşınmasının çətinləşməsidir. Bu vəziyyət ürəyin normal fəaliyyətinə də mənfi təsir göstərir. Belə ki, qatı qanı damarlara qovmaq çətinləşir və bu zaman ürəyə əlavə təzyiq düşür.

Bütün bunlardan əlavə, orqanizmdə su səviyyəsinin aşağı olması oynaqlardakı ağrılara da səbəb ola bilər.

Gördüyünüz kimi məşq və ya ağır fiziki hərəkətlər zamanı su istifadəsi həyati önəm daşıyır. Yaxşı, bəs biz nə qədər su içməliyik? Bu sualın cavabı isə hər bir kəs üçün individualdır. Bir insanın günlük norması onun hər kilogramına 30 ml su kimi hesablanır. Məsələn, 70 kg bədən çəkisi olan insanın günlük norması 2.1 litrdir. Lakin bu göstərici yüksək intensivli məşqlər zamanı dəyişir. Çünki intensiv məşqlər zamanı su sərfiyyatı güclənir və sərf olunan ehtiyatı bərpa etmək üçün yetəri qədər su içilməlidir.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
40 + ? = 44