Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Nə üçün az yatdığımız zaman arıqlama prosesi dayanır?

Nə üçün az yatdığımız zaman arıqlama prosesi dayanır?

İllər boyu dietoloqların qeyd etdiyi maraqlı bir fenomen diqqəti cəlb edib – insan pəhriz saxlayıb, məşq edirsə və bununla bərarbər az yatırsa, o arıqlamayacaq. Yalnız bu yaxınlarda Çikaqo universitenin alimləri bu fenomenin səbəbini izah ediblər.

Bu məsələnin həllini tapmaq üçün Çikaqo universiteti alimləri iki həftəlik period ərzində artıq çəkiyə sahib 10 nəfər kişi və qadını müşahidə ediblər. İştirakçılar eyni qidalanma rejiminə riayət edərək ilk periodda 8.5 saat, növbəti periodda isə 5.5 saat yatıblar.

İlk günlərdə yuxunun davam etmə müddətinin azad olunan artıq çəkilərlə heç bir əlaqəsi olmadığı ehtimalı yarandı. Lakin 2-ci sessiyada iştirakçılar daha az artıq cəki, daha çox əzələ kütləsi itirdilər: 8 saatlıq yuxu müddəti ərzində azalan çəkinin 50%-i piy idisə, 5 saatlıq yuxu periodunda bu rəqəm 25% təşkil edib. Beləliklə yatma müddəti 3 saata qədər azaldıqda arıqlamanın faktiki effektivliyi 55% azalır.

Yetərli qədər yatmadığımız zaman orqanizmdə beynə toxluq haqda xəbər verən leptin hormonunun səviyyəsi aşağı enir, iştah hissini gücləndirən ghrelin hormonu isə yüksəlir. Bundan əlavə, yuxu və sutkalıq ritm pozulduğu zaman metobolizm zəifləyir və əgər bunu əlavə fiziki məşqlər və kalori qəbulunu azaltmaqla kompensasiya etməsək, bu proses səbəbindən 1 il ərzində əlavə olaraq 5 kg artıq çəki yığarıq.

Məhz bu səbəblərə görə dietoloqlar arıqlamaq istəyən şəxslərə pəhrizə başlamazdan öncə gündəlik rejimi və yuxu saatlarını qaydaya salmağı məsləhət görürlər.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
9 + ? = 13