Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Sitrullin nədir və faydaları

Sitrullin nədir və faydaları

Sitrullin – əzələ üçün tikinti materialı sayılan zülal növlərinə aid olmamasına baxmayaraq, çoxlu sayda vacib fizioloji effektlərə malik amin turşusudur. Sitrullin, sidik cövhərinin metobolizmində iştirak edir və ammiak kimi toksik maddənin utilizasiyasında metobolit rolunu oynayır. Bu amin turşusu 1930-cu ildə qarpızın tərkibindən alınıb və adı latın dilindəki “Citrullus” (qarpız) sözündən götürülüb.

Sitrullinin bioloji effektlərinə daxildir:

  • Sitrullindən əzələlərdə qan dövranını yaxşılaşdıran arqinin formalaşa bilir.
  • Əzələləri pampinq ilə təmin edir.
  • Dözümlülüyü artırır və yorğunluq hissini aradan qaldırır.
  • Laktatın ifrazını sürətləndirir.
  • Əzələlərin qidalı maddələrlə bəslənməsini yaxşılaşdırır.
  • İmmuniteti gücləndirir və orqanizmin enerji potensialını artırır.
  • Orqanizmin azot balansını yaxşılaşdırır.
  • Ereksiyanı gücləndirir.

 

İdmanın bir çox sahələrində, o cümlədən də “bodybuilding”-də, sitrullin malat adı ilə geniş istifadə olunur. Bu qida əlavəsinin istifadəsində əsas məqsəd idmançı orqanizminin məhsuldarlığını artırmaq,qan dövranını gücləndirmək və bərpa müddətini qısaltmaqdır. Buna səbəb qeyd edilən amin turşusunun orqanizmdən sidik cövhəri və süd turşusunu qısa bir zamanda kənar etməsidir. Adını çəkdiyimiz bu metobolitlər fiziki aktivlik, zülal mübadiləsi və katabolik reaksiyalar zamanı yaranır. Nəticədə bərpa prosesi və idmançının fiziki göstəriciləri zəifləyir.

2015-ci ildə Bailey SJ və Blackwell JR tərəfindən aparılan araşdırmaların nəticəsində məlum olub ki, məşqdən saat yarım öncə sitrullin malat qəbulu arterial təzyiqi aşağı salır, əzələlərin oksigenlə təminatını yaxşılaşdırır və atletlərdə fiziki dözümlüyü artırır.

Bəzi alimlər iddia edirlər ki, sitrullin qəbulu orqanizmdə boy hormonu və kreatin istehsalını artırır, o cümlədən insulin sekresiyasını gücləndirir. Lakin bu iddiaların heç biri sübuta yetirilməmişdir.

Sitrullinin maksimum effekti qəbulun 15-ci günü hiss edilir, lakin müsbət təsirləri 3-cü və 4-cü günlərdən başlayaraq özünü göstərir. Bu idman qidasını fasilə vermədən, daimi olaraq istifadə edə bilərsiniz.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
11 + ? = 16