Squat hərəkətinin düzgün texnikası
24.02.2018
Squat (ştanqla oturub-qalxma), bodybuilding və powerliftingdə əsas baza hərəkətlərindən biridir. Bu hərəkətin əsas məqsədi ayaq və yan əzələlərini gücləndirmək və inkşaf etdirməkdir. Hərəkət çiyində və ya körpücük sümükləri üzərində ştanq olmaqla, atletin oturub qalxması hesabına yerinə yetirilir. Oturma bucağından asılı olaraq tam, dərin, yarım və qismən oturma kimi növlərə ayrılır.
Hərəkətin texnikası:
- Ştanq çiyində, trapes əzələlərinin üzərində yerləşməlidir.
- Ştanq çiyində olduğu zaman əllər çiyin enindən bir az aralı məsafədə onu tutmalıdırlar.
- Ayaq pəncələri çiyin enindən bir az aralı məsafədə, simmetrik yerləşməlidirlər.
- Baş nahiyəsi bir balaca yuxarı baxmalıdır.
- Tələsmədən və ehtiyyatla oturmaq və bu zaman bel hissəni önə əyməmək lazımdır.
- Qalxma zamanı dizlərinizi oynatmayın və çalışın dabanınızı yerə sıxasınız.
- Oturmazdan əvvəl dərindən nəfəs alıb, qalxma zamanı nəfəsi verin
Qeyd: Onurğa və diz zədələrindən özünüzü sığortalamaq üçün bu hərəkəti ilk aylar Smit trenajorunda yerinə yetirin.
Şərhlər
Şərh yazılmayıb