Steroid nədir?
Steroid - insanın cinsi hormonlarına təsir edən, onların səviyyəsini süni yollarla müəyyən vaxt periodunda artıran kimyəvi preparatlardır. Artan testosteronun səviyyəsi çox yuxarı olduqda orqanizmdə güclü anabolik proses gedir və nəticədə əzələz itki vermədən sürətlə böyüməyə başlayır. Steroidlərin fəaliyyət mexanizmi 2 yerə bölünür: Anabolik və Androgen
Anabolik fəaliyyət:
- məhsuldarlığın, dözümlülüyün və gücün artması
- əzələ kütləsinin artımı
- sümüklərin bərkiməsi
- yağ faizinin azalması
Androgen fəaliyyət:
- ikinci dərəcəli kişisəl əlamətlərə təsir edir
- saçların tökülməsi
- sinə, kürək, üz və digər bu kimi nahiyələrin tüklənməsi
- kişilərdə xayaların kiçilməsi
- kişilərdə prostatın hipertrofiyası
- qadınlarda səsin qalınlaşması
- qadınlarda menstrual periodun kəsilməsi və s.
Son sadaladıqlarımıza baxmayaraq steroidlərin təsirindən tibbdə geniş istifadə edirlər. Məsələn, QİÇS, xərçəng, impotensiyanın müalicəsində, sümüklərdə ciddi sınıqların bərpası zamanı və kritik çəki itkisi olduqda bunun qarşısını almaq üçün həkimlər məhz steroidlərə üstünlük verirlər.
Əgər profesional idmançı deyilsinizsə bu kimi preparatlardan istifadə etməniz məsləhət görülmür.