Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Sukraloz nədir?

Sukraloz nədir?

Sukraloz  - “Tate & Lyle” şirkəti ilə əməkdaşlıq edən Leslie Hough və onun asistantı Shashikant Phadnis tərəfində 1976-cı ildə tərtib edilən yüksək keyfiyyətli, termostabil şəkərəvəzedici maddədir. Hal-hazırda içki, şirniyyat və bir çox sənayelərdə geniş istifadə olunur. Adi şəkərdən alınmasına baxmayaraq tamamilə kalorisizdir və orqanizmdə insulinin ifraz olunmasına heç bir təsir göstərmir. Məhz bu xüsusiyyətlərinə görə sukraloz diabet xəstələri üçün tam təhlükəsizdir. Sukralozun təhlükəsiz olmasının digər səbəbləri isə beyinə, hamilə qadınlarda plasenta baryerinə və ana südünə keçə bilməməsidir.

Orqanizm tərəfindən qəbul olunan sukralozun yalnız 15%-i həzm olunur, qalan 85% isə ifraz edilir. Həzm olunan 15% sukraloz isə öz növbəsində 1 sutka ərzində orqanizmdən xaric olunur. Bir sözlə, sukralozun qalıcı xüsusiyyəti yoxdur.

Sukraloz 125°C –də əriyir və saxarozadan 600 dəfə şirindir.

Bir neçə il qabaq aparılan sınaqda iki qrup iştirak etmişdir.10 həftə davam edən sınaq nəticəsində adi şəkər qəbul edən birinci qrupun iştirakçılarında piylənmə və arterial təzyiq müşahidə olunduğu halda sukraloz istifadəçilərində bu halların heç biri aşkarlanmamışdır.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
32 + ? = 37