Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Tələbələr üçün qida rejimi

Tələbələr üçün qida rejimi

Gəlin etiraf edək ki, güc idmanına başlamaq və gözəl bədən quruluşuna sahib olmaq üçün ən mükəmməl vaxt periodu tələbə olduğumuz illərdir. Lakin trenajor zallarına və məşqlərə vaxt tapan tələbələrimiz daim düzgün qidalana bilmədiklərindən şikayətlənir və “qaqa vallah 10-20 dəqiqəlik uzun tənəffüsümüz olur onda da yemək zakaz eləyib yeyənə qədər dərs başlayır” kimi bəhanələr gətirirlər. Bu tənəffüs müddətində də yedikləri yeməklər bizim ənənəvi “Fastfood”-larımız olan peraşki, qutab, dönər, şaurma, kartof qızartması və s. bol kalorili və qlikemik indeksi yuxarı olan ziyanlı qidalardır. Bəs bu vəziyyətdən necə çıxış yolu tapmalı?

İlk öncə nəzərinizə çatdırım ki, öz tələbəlik illərimi (2011-2015) əsas tutub həmin o şərait üçün qidalanma rejimi yazacam və onu da qabaqcadan bilin ki, universitet saatlarında yeyəcəyiniz yeməklər qismən soyuq vəziyyətdə olacaqlar. Mağazalardan özünüzə yemək daşımaq üçün 2 plastik qab alın. Əgər dərsləriniz səhər başlayırsa o zaman özünüzlə götürəcəyiniz yeməkləri axşamdan hazırlayan. Hər kiçik tənəffüsdə 500 ml su için. Bu sizin həm sağlamlığınıza həm də metobolizmanızın sürətlənməsinə xeyirdir.

  • Səhər yeməyi – 100 qr yulaf yarması, 2 qaynadılmış yumurta + 1 çay qaşığı kərə yağı
  • İlk böyük tənəffüs – 100 qr bulğur + 50 qr file + 50 qr qauda pendiri
  • İkinci böyük tənəffüs – 100 qr bulğur + 50 qr file + 50 qr qauda pendiri
  • Dərsin sonu, gedəcəyiniz yol boyu – 50 qr qoz (omeqa yağları üçün)
  • Günün sonunda kokteyl – 200 qr kəsmik + 1 banan + 3 yumurta ağı + 250 ml süd

Yerinə yetirəcəyiniz bu qida rejimi ilə siz lazımı qədər zülal, karbohidrat və yağ alacaqsınız. İdman qidalarından isə sizə ən azı Kreatin və BCAA lazım olacaq. Səbəbini isə bu qidalar üçün yazdığımız məqalələri oxuyaraq anlaya bilərsiniz.

Qeyd: Bir sıra universitetlərin dərs saatları və tənəffüsləri fərqli olduğundan çalışın bu rejimi özünüzə görə uyğunlaşdırın. Çalışın şəkərdən, alkaqoldan və siqaretdən uzaq olun!!!

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
5 + ? = 10