Mağazanın iş qrafiki:
Hər gün: 09:00-dan 22:00-dək
Bazar: 12:00-dan 19:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Testosteronu gücləndirən təbii vasitələr

Testosteronu gücləndirən təbii vasitələr

Testosteron - androgen qrupundan olub, erkək cinsiyyət hormonudur. Sağlamlıq, enerji, libido, immun sistemi və digər amillər ilə sıx bağlı olan bu hormon həm kişilər, həm də qadınlar üçün çox  vacibdir. Tez-tez kişi libidosu ilə əlaqələndirildiyinə baxmayaraq, testosterona doğulduqları andan bəri hər iki cinsin nümayəndəsi sahib olur. Əsas fərq isə kişilərdə bu hormonun miqdarının qadınlara nisbətən 40-60 dəfə çox olmasıdır. Güclü cinsin nümayəndələrində testosteron yetkinliyin erkən dövrlərində pik həddə çatır və fərdin qalan ömrü boyu əzələ və sümük toxumalarının fəaliyyətində, artıq yağ ehtiyyatlarının yığılmasının qarşısını almaqda, qırmızı qan hüceyrələrinin yaranmasında, seksual və fiziki sağlamlıqda mühüm rol oynayır.

Kişilərdə təbii testesteron səviyyəsinin aşağı düşməsi 30 yaşdan sonra başlayır. Sağlam həyat tərzindən uzaq olan şəxslərdə bu etap daha tez başlaya bilər. Orqanizmdə bu hormon səviyyəsinin aşağı olması ereksiya zəifləməsinə, piylənməyə, əzələ kütləsinin azalmasına, tük tökülməsinə, yuxu pozğunluğuna və depresiyaya səbəb olur.

Məhz bu kimi problemlərdən çıxış yolu tapmaq üçün çağdaş zəmanənin sakinləri müalicə yollarını gündüz vaxtı şam işığı ilə axtarırlar. Müasir elm adamları isə sintetik hormonlardan əlavə təbii bitki ekstraktlarında və minerallardan istifadə ilə də testosteron səviyyəsini artırmağın mümkün olduğunu isbat ediblər. Bu təbii vasitələrin bir çoxunu sizlərə təqdim edirik:

Sink:

Orqanizm üçün ən mühüm mikronutrientlərdən birinin olmasından əlavə testosteron səviyyəsi üçün də əsas amillərdən biridir.

Maqnezium:

Hər bir kəs maqneziumun orqanizmə olan faydalı təsirlərindən agahdır. Lakin çox az sayda insan bu maddənin testosteron səviyyəsinə təsiri haqda məlumata sahibdir. Son tədqiqatlar nəticəsində aydın olub ki, maqnezium testosteronu daha da bio-aktiv edir.

Cucurbita Pepo:

Kultivasiya yolu ilə əkilmiş balqabaq növüdür. Cucurbita Pepo ekstraktı testosteronun pozitiv fəaliyyətini aktiv dəstəkləyir (deaktivasiyanın qarşısını alır). Bundan başqa testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını alır. Sinkin təbii mənbəyi kimi, Cucurbita Pepo testosteron hasilatının optimizə edilməsinə də kömək edir.

Panax Ginseng:

Asia jenşeni və ya Korea jenşeni kimi də tanınır. Ənənəvi şərq təbabətinə görə Panax Ginseng enerjini artırır, sirkulyasiyanı gücləndirir, yüksək qan təzyiqini stabilləşdirir, hormone sintezini gücləndirir, xəstəlikdən sonra bərpanı tezləşdirir və ümumi bədənin sağlamlığını təmin edir.

Tribulus Testesteris:

Əsrlər boyu bilinən, tam təbii və çox güclü testosteron gücləndiricisidir. 1990-cı illərdən bəri bodybuilderlər və güclü atletlər tərəfindən performans və libido oyadıcı kimi istifadə olunur. Tribulus Testesteris orqanizmin təbii testosteron səviyyəsini yüksəldir və bununla yanaşı da libidonu gücləndirir, əzələ kütləsinin böyüdür, güc və enerji səviyyəsini artırır.

Saw Palmetto Extract:

Bir çox faydalı xüsusiyyətlərinə görə xalq və alternativ təbabətdə istifadə olunan, balaca palma ağacını xatırladan Serenoya bitkisinin meyvəsinin ekstraktıdır. Bu ekstrakt çox sayda doymuş və doymamış yağ turşuları ilə yanaşı, aktiv komponent sayılan fitosterollar ilə də zəngindir. Bütün bunlardan əlavə libidonu artırmaq və sperm istehsalını yaxşılaşdırmaq kimi xüsusiyyətlərə malikdir.

Muira Puama:

Amazon meşələrində rast gəlinən balaca ağacdır. Braziliya təbabətində Muira Puama güclü afrodiziak  və libidonu, seksual funksiyanı artıran cinsi stimulant, əsəbləri sakitləşdirən, depresiyanı azaldan və yaddaşı gücləndirən vasitə kimi tanınır.

Yohimbe:

Bu həmişəyaşıl ağacın kökləri yohimbin adında maddə ilə zəngindir. Tibbi preparatların hazırlanmasında geniş istifadə olunan bu maddə seksual aktivliyi artırır, ereksiyanı gücləndirir, yorğunluğu aradan qaldırır və bədənin artıq çəkilərdən azad olmasına yardım göstərir.

 

Siyahıya bir çox təbii vasitələri də əlavə etmək olardı, lakin günümüzdə ən geniş istifadə olunan məhz yuxarıda qeyd etdiyimiz minerallar, bitkilər və ekstraktlardır. Bütün bunları isə siz idman qidaları və qida əlavələrinin köməyi ilə əldə edə bilərsiniz. Bizim rəsmi nümayəndəsi olduğumuz Amix NutritionMyProtein şirkətlərinin idman qidalarının tərkibində də bu maddələrə rast gələ bilərsiniz.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
16 + ? = 17