Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Uzun fasilədən sonra məşqə qayıdış

Uzun fasilədən sonra məşqə qayıdış

Həyatda elə bir an gəlir ki, istər istəməz məşqlərə uzun müddətlik ara verməli oluruq. Səbəblər isə müxtəlifdir: zədə, sağlamlıq, ailə və iş problemləri, maddi vəziyyət və s. Bu kimi fasilələr 2-3 həftə deyil, aylarla davam edir. Bu müddət ərzində orqanizm zəifləyir, əzələlər güc və həcmini itirir, fiziki dözümlülük isə dəfələrlə azalır.

Hər bir problem öz həllini taqdıqdan sonra isə həmin o gözlənilən an, dönüş anı gəlib çatır. Daxilidə gedən durğunluqla mübarizəyə qalib gəldikdən sonra isə insanın istədiyi yeganə şey zalda maksimum güclə məşq edib, hədəfə lap iri addımlarla çatmaqdır. “Axı əzələ yaddaşı var, forma və dözümlülük tez bir zamanda geri qayıtmalıdır” deyəcəksiniz. Bu doğrudur, amma məsələyə düzgün yanaşıldıqda. Görməmişcəsinə ilk günlərdən ağır çəkiyə girmək istənilən şəxsə uğurdan daha çox zədə və yorğunluq gətirəcək. Bəs düzgün yanaşma necə olur? Gəlin buna addım-addım məsləhətlərlə aydınlıq gətirək.

İlk addım: İsinmə

Məşqdən əvvəl 5-10 dəqiqə ərzində isinmə hərəkətləri edin, çünki uzun fasilə zamanı əzələlər əvvəlki elastikliyini və dözümlüklərini itiriblər. İsinmədən məşqə başlamaq travma riskini artırır.

II addım: Texnika

Fasilə zamanı unnutduğunuz düzgün hərəkət texnikasını yada salın və daha da mükəmməlləşdirin.

III addım: Baza hərəkətləri

Baza hərəkətləri daha böyük və əsas əzələ qruplarını hərəkətə gətirdiyindən bədənin əvvəlki formasına geri dönüşü daha da sürətlənir.

IV addım: Az çəki Çox yanaşma

Unutmayın ki, sizin əzələləriniz hələ böyük təzyiqlərə hazır deyildir. Bunun üçün az çəkili ağırlıq daşları ilə 15-20 yanaşma yerinə yetirin.

V addım: 1 əzələ qrupuna 1 hərəkət

Məşq sonrası kəskin əzələ ağrılarından azad olmaq üçün bir əzələ qrupunu yalnız bir hərəkət ilə çalışdırın (baza hərəkətlərindən sonra).

 

İdmançılar və ekspertlər arasında belə bir fikir cərəyanı vardır ki, orqanizmin tam bərpası üçün fasilənin yarısı qədər zaman lazımdır. Çalışın məsləhətlərə əməl edib zədə və kəskin ağrılardan uzaq olun. Unutmayın, qayıtmaq heç bir zaman gec deyil.

Şərhlər
Şərh yazılmayıb
Şərh yaz
22 + ? = 29