Velosiped sürmək üçün 12 səbəb
1. Velosiped sürmək bütün bədəni, eləcə də ayaq əzələlərini çox yaxşı işlədir və gücləndirir. Eyni zamanda biləkləri də gücləndirərək, oynaq ağrılarına səbəb olan xəstəliklərin qarşısını alır.
2. Velosiped sürmək ürək sağlamlığına yaxşı təsir edir və onu gələcək xəstəliklərdən qoruyur.
3. Tarazlıq və müvazinət qabiliyyətlərinin inkişaf etməsinə kömək edir.
4. Axşamlar rahat yatmağa kömək edir. Yuxunu nizama salır.
5. Metabolizmi sürətləndirərək, ömrü uzadır. Məşq hərəkətləri sayəsində xərçəngin yaranma ehtimalını azaldır.
6. Bədəninizin müqavimətini artırır.
7. Arıqlamağa və ideal çəkidə qalmağa kömək edir.
8. Qısa məsafələrdə maşın yerinə velosipeddən istifadə etmək havanın çirklənməsinin qarşısını alır və gedəcəyiniz yerə daha tez (tıxacları nəzərə aldıqda) çatmağınıza imkan yaradır.
9. Diqqətinizi daha asan toplamağınıza kömək edir.
10. Stressi azaldır. Pis fikirlərdən yayınmaq üçün asan bir üsuldur.
11. Velosiped sürməklə başqa idman hərəkətlərinə ehtiyac duymadan formada qala biləcəksiniz.
12. Velosiped sürmək qaçmaqdan daha asan olduğu üçün, ayaqlarınızı və ayaq biləklərinizi daha az yoraraq idman etmiş olursunuz.