Yağ yandırıcı kokteyllər
RESEPT №1
Kivi - 1 ədəd
Limon - 2 dilim
Nanə - 7 ədəd yarpaq
Cəfəri - 7 ədəd yarpaq
Bal - dad və istəkdən asılıdır
Su - 100 ml
1. Kivini təmizləyib və doğrayırıq. Blenderə əlavə edirik.
2. Limon, Nanə, cəfəri, suyu əlavə edirik blenderə və yaxşıca qarışdırırıq.
3. Hazır olduqdan sonra dərhal qəbul edirik.
RESEPT №2
Qreypfrut - ¼ ədəd
Ananas - 4 dilim
Kefir - 250 ml
Balqabaq tumları - 30 qr
Kokos yağı - 30 ml
1. Qreypfrut və ananası təmizləyib və doğrayırıq. Blenderə əlavə edirik.
2. Meyvələrin yanına kefir, balqabaq tumu və kokos yağı əlavə edirik. Yaxşıca qarışdırırıq.
RESEPT №3
Kefir - 250 ml
Qırmızı bibər - 1 çimdik
Zəncəfil - 0,5 çay qaşığı
Darçın - 1 çubuq
1. Hamısını blenderdə yaxşıca qarışdırın.
2. Hazırlayandan dərhal sonra için, yatmazdan qabaq qəbul etmək daha məsləhətlidir.
RESEPT №4
Alma sirkəsi - 1 çay qaşığı
Darçın - 1 çubuq
Bal - 1 çay qaşığı
Su - 250 ml
1. Hamısını blenderdə qarışdırın.
2. Bu kokteyl - ideal gün başlanğıcıdır.
RESEPT №5
Kərəviz - 200 qr
Alma - 2 ədəd
Laym soku - 0,5 ədəd
Su - 100 ml
Buz - 0,5 stəkan
1. Kərəviz və almaları doğrayıb qatın blenderin içinə və laym soku ilə qarışdırın.
2. Suyu əlavə edin və birdə qarışdırın. Sonra doğramış buz qırıntılarını əlavə edin.