Yağların yanma mexanizmi və aşağı intensivli kardio
Yay mövsümündə hamının yaralı yeri olan artıq çəkilərdən yaxa qurtarmaq üçün lazım olan kardio məşqlərin, idman zallarına üz tutan sıradan vətəndaşlara və yeni başlayanlara daha çox uyğun olan aşağı intervalda yerinə yetirilən növündən və yağların yanmasından yazmaq qərarına gəldik. İlk öncə yağların (piy toxumalarını) yanması və ya parçalanması mexanizmini gözdən keçirək.
Piy toxumalarının yanması üçün orqanizmə ilk növbədə yetərincə oksigen qəbulu lazımdır. Yalnız bu şəraitdə piylərin oksidləşməsi (yanması) baş verir.
Fiziki aktivlik zamanı sərf olunan enerji isə öz növbəsində yeyin və ləng enerji olmaqla 2 yerə bölünür.
- Yeyin enerji (anareob və aerob qlikoliz) – ATF, Kreatin fosfat və Qlikogen ehtiyyatları hesabına baş verir.
- Ləng enerji (aerob lipoliz) – piy toxumalarının oksidləşməsi hesabına baş verir.
Buradan göründüyü kimi bizə lazım olan “ləng enerjidən” istifadə etməkdir. Kardionun ilk saniyələrində orqanizm ATF ehtiyyatlarından, daha sonraki 10-15 saniyədə isə kreatin fosfatdan enerji mənbəyi kimi istifadə edir. Sonrakı 60-90 dəqiqə qlikogendən və yalnız bu etapdan sonra 120 saatadək aerob lipolizdən istifadə olunur. Bəs orqanizmin tez bir zamanda piy toxumalarının oksidləşməsi (aerob lipoliz) hesabına alınan enerjidən istifadə etməsinə necə nail olaq? Bunun ən asan yolu uzun müddətli aşağı intensivli kardio məşqdir. Məsələn: ürəyin döyünmə tezliyi maksimumun 60-80%-ni təşkil etmək şərti ilə ortalama 40-60 dəqiqə asta sürətlə qaçmaq və ya velosiped sürmək lazımdır.
Ürəyin maksimum döyünmə tezliyi “ÜMDT = 220 – yaşınız”