Ştanqla ayaqüstü jım və ya “Hərbi jım” hərəkətinin düzgün texnikası
26.02.2018
Ştanqla ayaqüstü jım və ya “Hərbi jım” adlandırılan bu hərəkət, 5 baza hərəkətindən biridir. Çiyinlərin inkşafını təmin edən və bütün deltaları fəaliyyətə gətirən bu hərəkət, çiyin əzələləri üçün ən yaxşı hərəkət sayılır. Yeni başlayanlara hərəkəti Smit qurğusunda öyrənmək məsləhət görülür. Düzgün və tam texnikanı öyrənənə qədər az çəkilərlə məşq edin.
- Ştanqı ilkin olaraq çiyin səviyyənizdə olan yüksəkliyə qoyun.
- Ayaqlarınızı çiyin enində tənzimləyin.
- Ştanqın qrifindən tutarkən əl ilə bilək düz xətt boyu yerləşməlidir, biləyi əymək zədəyə səbəb ola bilər.
- Ştanqı dayaqdan götürdüyünüz zaman onu sinənin üst hissəsinə, körpücük sümüyü səviyyəsinə qoyun.
- Belinizi əymədən, gövdəznizi arxaya vermədən, qollarınızın gücünə ştanqı başınızın üzərinə qaldırın.
- Daha sonra isə tələsmədən, aramla ştanqı sinənizin üzərinə endirin.
- Əgər dirsəklərinizi normal vəziyyətindən önə doğru gətirsəniz, ön deltalara daha çox təzyiq düşəcək.
Qeyd: Qaldırmaqda çətinlik çəkdiyiniz ağırlıqlardan istifadə etməyin. Bu hərəkətdə əsas məqsəd düzgün və təhlükəsiz texnikadır. Məhz bu zaman çiyinlər inkşaf etməyə başlar. İlk etaplarda atletik bel kəmərindən istifadə etmək məsləhət görülür.
Şərhlər
Şərh yazılmayıb