Biseps üçün 3 ən effekli hərəkət

İlk öncə biseps və ya bazunun ikibaşlı əzələsinin anatomiyası ilə tanış olaq. Bu əzələnin proksimal hissəsi uzun və qısa olmaqla iki başdan ibarətdir. Bisepsin qısa başı dimdiyəbənzər çıxıntıdan, uzun başı isə oynaqüstü qabarcıqdan başlayır. Onun anatomik funksiyası dartma və ya bükülmə hərəkətlərindən ibarətdir.
Bisepsi inkşaf etdirmək üçün onunla bağlı ikinci dərəcəli əzələləri də paralel olaraq gücləndirmək lazımdır. Adını çəkdiyimiz qrupa aid olan çiyin, triseps və said əzələləri güclü olmasa siz ağır çəkiləri düzgün texnika ilə qaldıra bilməyəcəksiniz. Düzgün texnika olmadıqda isə inkşafdan söhbət belə gedə bilməz.
Biseps məşqinin əvvəlində ştanqla olan hərəkətləri icra etmək məsləhət görülür, çünki məşqin ilk dəqiqələri siz daha çox enerji və gücə sahib olursunuz və nəticədə daha ağır çəkilərlə işləmək imkanınız olur. Bu növ yanaşmalar əzələ çəkisinin artımına müsbət təsir göstərir.
Daha sonrakı setləri isə hantellər ilə icra etmək daha məqsədəuyğundur. Əzələ relyefini inkşaf etdirmək üçün və izolyasiyaedici hərəkətlərdə hantellər ideal seçimdir.
Bəs biseps üçün ən effektli hərəkətlər hansılardır? Yuxarıda qeyd etdiyimiz fikirlərdən və topladığımız məlumatlardan belə bir nəticə çıxartdıq ki, biseps üçün 3 ən effektli hərəkət bunlardır:
- Ayaqüstü vəziyyətdə ştanqla qolun bükülməsi (Barbell biceps curl)
- Ayaqüstü vəziyyətdə hantellərlə qolların tək-tək, sıra ilə bükülməsi (Dumbbell biceps curl)
- Skott skamyasında EZ ştanqla qolların bükülməsi (EZ barbell scott curl)
Qeyd etdimiyimiz bu hərəkətləri məşq proqramlarınıza mütəmadi olaraq əlavə edib, düzgün texnika ilə yerinə yetirsəniz inkşaf prosesi özünü heç də uzun müddət gözlətməyəcək.