Geyner
İlk öncə bundan başlayaq ki, Geyner nədir?
Geyner – 15%-30% zülal və 50%-80% karbohidratla, amin turşularıyla və vitaminlərlə birlikdə ehtiva olunan, yüksəkkaloriyalı zülal-karbohidrat qarışığıdır. Yüksək kaloriya nisbəti ehtiva etdiyinə görə, Geyner, adətən, orqanizmin enerji-ehtiyyatlarını, həmçinin bədən kütləsini artırmaq üçün istifadə olunur. Əzələ kütləsini artırmaqla bərabər, Geyner, güc göstəriciləri də artırır, çünki karbohidratlarla bərabər zülallar ehtiva edir - əzələlərin inkişafı üçün əvəzolunmaz “tikinti materialları”.
Geynerləri karbohidrat və zülal ehtivasına, həmçinin karbohidratların növlərinə görə fərqləndirmək olur. Axırıncıya gəldikdə isə, Geyner yüksəkqlikemik və aşağıqlikemik karbohidratlar ehtiva edə bilər.
Yüksəkqlikemik karbohidratlar – qanda şəkəri dərhal qaldırmağa malikdir. Yüksəkqlikemik karbohidratlar ehtiva edən Geyner, qısa müddətdə çəki artırmaq istəyən insanlara uyğundur.
Aşağıqlikemik karbohidratlar da qanda şəkəri qaldırmağa malikdir, lakin oqədər də çox yox və kifayət qədər uzun müddətə. Aşağıqlikemik karbohidratlı Geyner, quru az-yağlı əzələ kütləsini artırmağa kömək edir.
Geynerin tərkibində kaloriya miqdarı çox olduğu üçün, zülallar Geynerdə daha tez həzm olunur və mənimsənilir, nəyinki sadə yüksəkzülallı (protein) kokteyllərdə. Çünki, karbohidratlar orqanizmdə insulin ifrazını oyadır, o isə əzələ hüceyrələrinin toxumalarını aralamaq xüsusiyyətinə malikdir, nəticədə zülallar və digər xeyirli maddələr əzələlərə daha yaxşı mənimsənilir.
Kimlər üçün Geyner daha önəmlidir?
Təkrar bildirmək istəyirəm ki, Geyner – kifayət qədər kaloriyalı məhsuldur, və hər adama uyğun deyil. Misal üçün kökəlməyə meyilli insanlara bundan çəkinməyə tövsiyyə olunur, çünki əzələ artımı ilə bərabər orqanizmdə yağ faizi də xeyli artacaq. Əgər siz kökəlməyə meyilli insanlar kateqoriyasına aidsizsə, onda sizə məsləhət olar ki istifadə etməyəsiz Geynerdən. Lakin arıq tipli (metabolizmləri sürətli) insanlara, Geyner mükəmməl uyğundur, hətta onlar üçün Geyner daha xeyirli olar nəyinki sırf zülallı (protein) içkilər.
Geyneri necə düzgün qəbul edək?
Geyner – sadə qidanın tam əvəzedicisi olmadığı üçün, onu qidalar arası fasilə vaxtlarda qəbul etmək lazımdır. Çəkinizdən və məşqinizin intensivliyindən asılı olaraq, gün ərzində Geyneri 2-3 dəfə qəbul edin. Əgər performansınızı artırmaq istəyirsizsə, onda bir porsiya Geyneri məşqdən 45-60 dəqiqə qabaq, həmçinin məşqdən dərhal sonra qəbul edin.
Geynerin hazırlanması:
100-150 qr. Geyneri 250-300 ml süd və yaxud su ilə qarışdırın.
Və yekunda Geyner barədə demək istəyirik ki, yüksək-intensiv məşq və sağlam keyfiyyətli yuxu olmadıqda, gözlədiyiniz nəticə sıfıra bərabər olacaq.
Mənim isə sizə arzum – Düzgün qidalanın və Sağlam olun!