Allmax Aminocore BCAA (90 porsiya)
Süni əvəzləşdiricilərdən, dadlandırıcılardan və kimyəvi əlavələrdən çox uzaq olan bir idman qidası, AllMax Aminocore BCAA ilə qarşınızdayıq.
Yüksək keyfiyyətli və güclü əvəzolunmaz amin turşu zəncirindən (Branched Chain Amino Acids yəni BCAA) ibarət AllMax brendindən olan idman qidası uzun illərdir ki, atletlərin dəyişməz seçimidir. Artıq sirr deyil ki, əzələ liflərinin daha tez bərpası onların daha sürətli inkşafı deməkdir. Əzələ liflərinin dağılmasının qarşısını alan və inkşaf prosesini sürətləndirən BCAA-nı təşkil edən L-Leysin, L-İzoleyson və L-Valin amin turşuları insan orqanizmi tərəfindən sintez edilmir. Buna görə də bu üç amin turşusunu biz daim kənardan, ya yeməklərdən ya da qida əlavələrindən almalıyıq. Məhz bu xüsusiyyətləri nəzərə alaraq təkmilləşən Allmax Aminocore BCAA (90 porsiya) seriyasının hər porsiyasında 8 qram BCAA, əsas B qrupu vitaminləri (B3, B6,B9 və B12) ehtiva edilir.
Bütün bunlardan əlavə AllMax Aminocore BCAA özündə hidratlaşmanı təmin edən təbii aktiv maddələri də özündə ehtiva edir. Bir sözlə bərpa və inkşaf üçün əzələlərə lazım olan əsas əvəzedilməz amin turşularını bu idman qida əlavəsin tapa bilərsiniz
Əsas üstünlükləri:
- Hər porsiyada 8 qr BCAA ehtiva edir
- Hər porsiyada B qrupu vitaminləri ehtiva edir
- Bütün idman növləri üçün uyğundur
- Bütün pəhriz növləri üçün uyğundur
- Tam şəkərsizdir
- Əzələ kütləsini dəstəkləməyə yardım edir
- Əzələ kütləsinin böyüməsinə yardım edir
- Orqanizmdə toxumaların inkişaf etməsinin əsasını təşkil edir
- Katobolik prosesin qarşısını alır
- Əzələ bərpasını sürətləndirir
- Əzələ ağrılarının qarşısını alır
- Qan dövranını və metobolizmi sürətləndirir
İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu 300-400 ml su ilə qarışdırıb məşq əsnasında və ya məşqdən dərhal sonra istifadə edin. Sıradan günlərdə 1 ölşü qaşığını gün ərzində istifadə edin.