Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: H.Aslanov m/s. Məhəmməd Hadi 70
Ünvan 3: Elmlər m/s, Hüseyn Cavid pr, ev 37

Alpha Men (120 tab)

Brend: Myprotein
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
45,0

Alpha Men - aktiv həyat tərzi sürən kişilərin sağlamlığı və rifahı üçün zəruri olan, unikal və güclü təsir göstərən vitamin və mineralları özündə ehtiva edən super multivitamin qarışığıdır. Myprotein brendinin Alpha Men adlandırdığı bu güclü multivitamin bazarda ən güclü  qarışıqlarından biri olmaq üçün hər bir vitamin və mineralın ən yüksək keyfiyyətli mənbələrini özündə birləşdirir.

Ağır fiziki məşğələlər insanı zədə və xəstəliklərə qarşı daha həssas (müdafiəsiz) edərək, immun sisteminin fəaliyyətini və sağlamlığını poza bilər. Bununla əlaqədar müntəzəm olaraq fiziki məşğələləri yerinə yetirən hər bir kəs üçün vaxtından əvvəl yorulma və zəifliyin başlanmasının qarşısını almaq üçün, immun sisteminin gücünün ən yüksək səviyyədə saxlanması həyati əhəmiyyət daşıyır. Kişilərin unikal qidalanma tələbatları üçün xüsusi olaraq işlənib hazırlanmış Alpha Men super multivitaminlər qarışığı sizin vitamin və mineral qəbulunuzu artırmaq, eləcə də normal qidalanmada olan çatışmazlığı doldurmaq üçün əla vasitədir.

Myprotein brendinin hazırladığı bu kompleks güclü vitamin və mineral qarışığı olmaq ilə yanaşı, üzüm çəyirdəyinin ekstraktı, alfa-lipoy turşusu, sitrus bioflavonoidləri və beta-karotin də daxil olmaqla, çox sayda güclü təsir göstərən antioksidantları özündə ehtiva edir. Bu inqrediyentlər sizin orqanizminizin məşğələlər və aktiv həyat fəaliyyətinin gedişində yaranan toksinlər və sərbəst radikallarla mübarizəsində mühüm rol oynayırlar. Hər bir porsiyaya, sağlam ürək-damar sisteminə dəstək olmaq (foliy turşusu və Ginkqo Boloba), yüksək enerji istehsalına (koreya jenşeni və koferment Q10) və hüceyrələrin daha yaxşı inkişafına (riboflavin) imkan yaratmaq üçün çox sayda inqrediyentlər daxildir.Bu multivitaminin mənimsənilməsinin və fəaliyyətinin artırılması üçün biz inqrediyentlərin ən bio-əlverişli mənbələrindən, eləcə də çox sayda vitamin və minerallardan istifadə etmişik.

Myprotein brendinin təqdim etdiyi Alpha Men (120 tab) kimi kompleks multi-vitaminlər istənilən ciddi idmançının qidalanmasının bir hissəsi olmalıdır.

Əsas üstünlükləri

  • Yüksək keyfiyyətli vitaminlərin və mineralların əla qarışığı.
  • Toksinlər və sərbəst radikallarla mübarizə aparmaq üçün tərkibinə güclü təsir göstərən antioksidanlar daxildir.
  • Sağlam immun sistemi üçün həyati əhəmiyyətli qarışıq.

İstifadə qaydası: Gün ərzində yeməklə birgə 2 tablet qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
17 + ? = 27
Tövsiyə olunur
Tövsiyə olunur