Cellucor Alpha Amino (381 gr)
Hamımızın dəqiq müəyyən edilmiş bir qida rejimi ilə və artıq yağlardan tamamilə azad olunmaqla mükəmməl əzələlərə sahib olmaq istəyirik. Heç kimə sirr deyil ki, dəyərli bir şeyə çatmaq üçün təkcə arzu kifayət deyil. Güc və əqli qabiliyyətlərinizin tam öhdəliyini tələb edən ciddi bir diyetə və inadkar bir məşq təlimi proqramına sadiq qalmağımız vacibdir.
Sizin bu arzularınızı reallaşdırmağınıza yardımçı olmaq üçün Cellucor brendi əsas amin turşularından ibarət olan Alpha Amino amin turşu kompleksini istehsal etmişdir. Sözü gedən bu qida əlavəsi sürətli absorbsiya qabiliyyətinə malikdir və sərbəst formada olan amin turşularının optimal nisbətini özündə ehtiva etməklə hər bir istifadəçinin orqanizmini əzələ bərpası üçün tələb olunan gündəlik amin turşu kompleksi ilə təmin edir. Amin turşuları bədənimizdəki zülalın əsas quruluş hissəsidir. Əzələ toxumasının bərpasında, böyüməsində və inkişafında əvəzsiz rol oynayırlar.
Cellucor Alpha Amino kompleksinin amin turşularını ağır məşqlərdən və ya sıradan fiziki aktivliklərdən əvvəl və ya sonra, adi günlərdə isə sutkanın istənilən vaxtı yeməkdən əvvəl və ya sonra qəbul edə bilərsiniz. Alpha Amino (381 gr) amin turşu kompleksi istənilən pəhriz növünə uyğundur və balanslı qidalanmanı tam formada dəstəkləyir. Gündəlik məişət və sosial qayğılarınız səbəbindən sutkalıq zülal tələbatınızın qarşılanmasında çətinliklər çəkirsinizsə Cellucor brendinin istehsalı olan Alpha Amino kompleksi sizə bu işdə yaxın yardımçı olacaqdır.
Əsas üstünlükləri:
- BCAA və digər vacib amin turşuları ehtiva edir
- 14 növ əvəzolunmaz amin turşuları ehtiva edir
- Amin turşuları sərbəst formadadır
- Sürətli və asan həzm olunur
- İstənilən pəhrizə uyğun
- şəkər və stimulantlardan azaddır
- əla həll olma qabiliyyəti
İstifadə qaydası: 1-2 ölçü qaşığı məhsulu 300 ml suda həll edib, günün istər vaxtında və ya məşqdən dərhal sonra qəbul edə bilərsiz.