Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: H.Aslanov m/s. Məhəmməd Hadi 70
Ünvan 3: Elmlər m/s, Hüseyn Cavid pr, ev 37

Cellucor C4 Extreme (180 gr)

Brend: Cellucor
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
60,0

Cellucor C4 Extreme məşqdən əvvəl istifadə edilən məşq öncəsi energetic kompleksidir və sizə əvvəlkindən daha intensiv və səmərəli məşq etmək üçün yeni fürsətlər yaradır. Cellucor C4 Extreme məşq öncəsi enerji kompleksi tam təbii bioloji aktiv maddələrdən ibarət olub, yüksək intensivli və ağır məşq edən istənilən atlet və ya sıradan idman həvəskarları üçün ideal seçimdir. Məşqdən əvvəl sadəcə 1 porsiya C4 Extreme energetik məhsulu sizə heç vaxt hiss etmədiyiniz enerji partlayışı bəxş edəcək. Bütün bu yeni təəsüratları yaşamaq yalnız və yalnız Cellucor C4 Extreme energetik idman əlavəsi ilə mümkün olacaqdır.

Məhsulun tərkibindəki əsas bioloji təbii maddələrin qısa təsvirini sizlərə təqdim edirik:

CarnoSyn patentli Beta Alanine – beyində və əzələlərdəki birləşdirici toxumalarda yerləşən dipeptid zülalıdır. O öz növbəsində L-Histidinlə birləşərək orqanizmdə turşuluq səviyyəsini normallaşdıran “Karnozin” maddəsinin sintezinə yardımçı olur. Bundan əlavə, Beta-alanin əzələlərdə karnozinin cəmlənməsini əhəmiyyətli dərəcədə artırır. Bunun müsbət cəhətini isə belə anlatmaq olar:

  Fiziki aktivlik zamanı əzələlərdə onların dözümlüyünə mənfi təsir göstərən süd turşusu yığılır. Süd turşusunun miqdarı artan zaman əzələlərin yorğunluq hissi də güclənir. Karnozin isə bu turşunun sintezinin qarşısını alaraq əzələlərə uzunmüddətli çalışmağa və daha da dözümlü olmağa yardımçı olur.

Citrulline Nitrate (NitraMax (NO3-C)) - əzələlərinizi daha çox oksigen və digər dəyərli qida maddələrinin sürətli daşınması ilə təmin edəcəkdir. Buna səbəb qan damarlarını genişləndirən və qan axını sürətləndirən azot oksidinin sintezinin sitrulin malat hesabına güclənməsidir. Nəticədə qan, əzələ liflərinin optimal işləməsi üçün lazım olan daha çox qida ilə əzələlərə və bədənin digər toxumalarına və orqanlarına daha da sürətlə axır. Artan miqdarda tikinti materialı və enerji mənbələri ilə əzələlərimizin böyümə və bərpa prosesi sürətlənir, eləcə də artan qidalı maddələrlə güc potensialımız daha da yaxşılaşır.

Kreatin Nitrat (NO3-T) – enerjini kreatinfosfat şəklində ehtiyat edən molekuldur və lazım olduğu təqdirdə orqanizm üçün ilkin enerji mənbəyi kimi çıxış edir. Kreatinin istifadəsi dövründə, ağır fiziki məşqlər zamanı orqanizm ilk növbədə kreatinfosfatı enerji mənbəyi kimi istifadə edir. Bu zaman ATF və əzələlərdə saxlanılan qlikogen ehtiyat edilir, daha sonrakı bərpa prosesində istifadə olunur. Kreatin Nitrat adi kreatindən daha tez sorulur və 25% daha təsirli hesab olunur.

Caffeine Anhydrous - kofeini susuz tərkib hissəsilidir (yəni Kofein Anhidratı). Sinir sisteminin ən güclü stimulantlarından biri olaraq zehni konsentrasiyanı daha uzun müddət saxlamağa və zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Kofein həmçinin termogenezi stimullaşdırır, israf edilən kalorilərin miqdarını artırır və əlavə enerji verir.

N-Acetyl-L-Tyrosine - L-tirozinin ən asan hazırlanan və ən tez mənimsənilən formasıdır. Yorğunluğu azaltmağa və dözümlülüyü artırmağa kömək edir. Bundan əlavə zehni konsentrasiyaya, diqqətli olmağa müsbət təsir göstərir. Tirozin iştahı yatırır, artıq piylərin yığılmasının qarşısını almağa köməklik edir, melatonin istehsalını artırır və adrenal, tiroid və hipofiz vəzlərin fəaliyyətini yaxşılaşdırır.

Huperzine A – tam təbii bitki ekstraktıdır. Yaddaş, zəka və konsentrasiya qabiliyyətlərinə müsbət təsir edir.

Əsas üstünlükləri:

  • Enerji partlayışı bəxş edir
  • Zehni konsentrasiyanı gücləndirir
  • Enerji metobolizmini sürətləndirir
  • Əzələnin güc və potensialını artırır
  • Dözümlüyü artırır
  • Qan dövranını gücləndirir
  • Maddələr mübadiləsini yaxşılaşdırır
  • Katobolik proseslərin qarşısını alır
  • Əhval-ruhiyyəni yaxşılaşdırır

İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu 150-200 ml sərin suda həll edib məşqdən 20-30 dəqiqə əvvəl qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
11 + ? = 21
Tövsiyə olunur