Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Cellucor C4 Original (75 serv)

Brend: Cellucor
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
110,0
100,0

Cellucor brendinin C4 Original, məşq intensivliyini artırmaq və əzələ böyüməsini sürətləndirmək üçün güclü bir enerji təkanı verən effektiv, biloji aktiv maddələrə əsaslanan məşq əvvəli üçün nəzərdə tutulan energetic idman qidasıdır. Cellucor C4 Original məşq öncəsi enerji kompleksi tam təbii bioloji aktiv maddələrdən ibarət olub, yüksək intensivli və ağır məşq edən istənilən atlet və ya sıradan idman həvəskarları üçün ideal seçimdir. Məşqdən əvvəl sadəcə 1 porsiya C4 Original energetik məhsulu sizə heç vaxt hiss etmədiyiniz enerji partlayışı bəxş edəcək. Bütün bu yeni təəsüratları yaşamaq yalnız və yalnız Cellucor C4 Original energetik idman əlavəsi ilə mümkün olacaqdır.

Cellucor C4 Original məhsulunun tərkibindəki əsas bioloji təbii maddələrin qısa təsvirini sizlərə təqdim edirik:

CarnoSyn patently Beta Alanine – beyində və əzələlərdəki birləşdirici toxumalarda yerləşən dipeptid zülalıdır. O öz növbəsində L-Histidinlə birləşərək orqanizmdə turşuluq səviyyəsini normallaşdıran “Karnozin” maddəsinin sintezinə yardımçı olur. Bundan əlavə, Beta-alanin əzələlərdə karnozinin cəmlənməsini əhəmiyyətli dərəcədə artırır. Bunun müsbət cəhətini isə belə anlatmaq olar:

  Fiziki aktivlik zamanı əzələlərdə onların dözümlüyünə mənfi təsir göstərən süd turşusu yığılır. Süd turşusunun miqdarı artan zaman əzələlərin yorğunluq hissi də güclənir. Karnozin isə bu turşunun sintezinin qarşısını alaraq əzələlərə uzunmüddətli çalışmağa və daha da dözümlü olmağa yardımçı olur.

 

Kreatin Nitrat (NO3-T) – enerjini kreatinfosfat şəklində ehtiyat edən molekuldur və lazım olduğu təqdirdə orqanizm üçün ilkin enerji mənbəyi kimi çıxış edir. Kreatinin istifadəsi dövründə, ağır fiziki məşqlər zamanı orqanizm ilk növbədə kreatinfosfatı enerji mənbəyi kimi istifadə edir. Bu zaman ATF və əzələlərdə saxlanılan qlikogen ehtiyat edilir, daha sonrakı bərpa prosesində istifadə olunur.

Arginine Alpha Ketoglutarate (AAKG) - bu qida əlavələrinin istifadəsində əsas məqsəd idmançı orqanizminin məhsuldarlığını artırmaq,qan dövranını gücləndirmək, pamp effekti yaratmaq və bərpa müddətini qısaltmaqdır. Buna səbəb qeyd edilən amin turşularının orqanizmdən sidik cövhəri və süd turşusunu qısa bir zamanda kənar etməsidir. Adını çəkdiyimiz bu metobolitlər fiziki aktivlik, zülal mübadiləsi və katabolik reaksiyalar zamanı yaranır. Nəticədə bərpa prosesi və idmançının fiziki göstəriciləri zəifləyir. AAKG isə bu fəsadları aradan qaldırır.

TeaCrine, enerjinin sintezini və beyində zehni fəaliyyəti yaxşılaşdırmağa kömək edən kliniki sınaqdan keçmiş təbii biloji məhsuldur. Bu maddə həm də motivasiyanı artırır və müsbət əhvalı saxlamağa kömək edir. 

Caffeine Anhydrous - kofeini susuz tərkib hissəsilidir (yəni Kofein Anhidratı). Sinir sisteminin ən güclü stimulantlarından biri olaraq zehni konsentrasiyanı daha uzun müddət saxlamağa və zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Kofein həmçinin termogenezi stimullaşdırır, israf edilən kalorilərin miqdarını artırır və əlavə enerji verir.

N-Acetyl-L-Tyrosine - L-tirozinin ən asan hazırlanan və ən tez mənimsənilən formasıdır. Yorğunluğu azaltmağa və dözümlülüyü artırmağa kömək edir. Bundan əlavə zehni konsentrasiyaya, diqqətli olmağa müsbət təsir göstərir.

Mucuna Pruriens - böyümə hormonu sintezini və testosteron istehsalını artırır. Mucuna ekstraktı maddələr mübadiləsini yaxşılaşdırır, artıq yağ yandırmağa kömək edir, əzələ böyüməsini sürətləndirir və zehni konsentrasiyanı stimullaşdırır.

Niasinamid, Vitamin B3 - yorğunluğu azaldır, əzələ fəaliyyətini artırır.

Folik turşusu, Vitamin B9 - əzələlərdə zülalların sintezində fəal iştirak edir.

Vitamin B12 - zülal metabolizmasında iştirak edir, hüceyrə metabolizmasını dəstəkləyir və sinir liflərinin sintezində istifadə olunur.

 

Əsas üstünlükləri:

  • Enerji partlayışı bəxş edir
  • Zehni konsentrasiyanı gücləndirir
  • Enerji metobolizmini sürətləndirir
  • Əzələnin güc və potensialını artırır
  • Dözümlüyü artırır
  • Qan dövranını gücləndirir
  • Maddələr mübadiləsini yaxşılaşdırır
  • Katobolik proseslərin qarşısını alır
  • Əhval-ruhiyyəni yaxşılaşdırır

Istifadə qaydası: 1 ölçü qaşığı məhsulu 150-200 ml sərin suda həll edib məşqdən 20-30 dəqiqə əvvəl qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
26 + ? = 29