CLA Fusion (90 softgels)
Birləşmiş linoleik turşusu kimi adlandırılan CLA (Conjugated Linoleic Acid) təbiətdə inək, keçi, qoyun və s. kimi təsərrüfat heyvanlarının ət və südünün tərkib hissəsində rast gəlinən doymamış sağlam yağlardır. Linoleik turşusu insan orqanizmi tərəfindən sintez olunmadığı üçün yalnız qidadan alınmalı olan ən vacib əvəzolunmaz çoxlu doymamış yağ turşularından biridir.
Gaspari Nutrition brendinə aid CLA Fusion birləşmiş linoleik turşusu bədəndə yağ mübadiləsinə müsbət təsir göstərir, metobolizmi sürətləndirir, ürək xəstəlikləri və xərçəng xəstəliyi riskini azaldır.
Tədqiqatlar göstərir ki, CLA əzələlərdə katabolik siqnal molekulu TNF-alfanın sintezini zəiflədərək əzələ parçalanmasının qarşısını almağa kömək edir. Bütün bu proseslərin nəticəsi olaraq, CLA testosteron hormonun təbii sintezi üçün də müsbət şərait yaradır.
Gaspari CLA Fusion məhsulunun sinergetik xüsusiyətləri vardır. Əgər söhbət yağ yandırıcılardan və arıqlamaqdan gedirsə, o zaman CLA eyni anda həm yağ toxumalarına, həm də əzələ toxumalarına birbaşa təsir edir. Məsələ ondadır ki, siz yüksək kalorili hər hansı bir qida və ya yağ qəbul etdikdə, orqanizmin bu yağları sərf edəcək iki sahəsi vardır: enerji mənbəyi kimi istifadə etmək və ya ehtiyyat kimi depolamaq. CLA isə əzələ toxumalarını stimulasiya edərək bu yağların enerji qismində istifadəsini sürətləndirir və nəticə olaraq orqanizm yağ depolamır (yəni piylənmir). Nəticə olaraq, CLA istifadə edən şəxs yenidən piylənmir və əldə etdiyi fit bədən formansını qoruyub saxlaya bilir.
Bütün bunlardan əlavə, CLA Fusion (90 softgels) tamamilə qatqısızdır və əzələ inkişafı üçün tərtib etdiyiniz pəhrizinizə əla qida əlavədir. Sözü gedən bu məhsul qlütensiz pəhrizlər üçün də mükəmməl seçimdir!
Əsas üstünlükləri:
- Yağ yanmasını sürətləndirir
- Arıqlama prosesini dəstəkləyir
- Maddələr mübadiləsini sürətləndirir
- Əzələ kütləsinin inkşafına müsbət təsir edir
- Əlavə qatqısızdır
- Güclü antioksidantdır
İstifadə qaydası: Gün ərzində 1-3 kapsulu hər qida qəbulu öncəsi istifadə edin.