Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

Gaspari Glutamine (300 gr)

Brend: Gaspari
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
50,0

Hamımızın dəqiq müəyyən edilmiş bir qida rejimi ilə və artıq yağlardan tamamilə azad olunmaqla mükəmməl əzələlərə sahib olmaq istəyirik. Heç kimə sirr deyil ki, dəyərli bir şeyə çatmaq üçün təkcə arzu kifayət deyil. Güc və əqli qabiliyyətlərinizin tam öhdəliyini tələb edən ciddi bir diyetə və inadkar bir məşq təlimi proqramına sadiq qalmağımız vacibdir.

Sizin bu arzularınızı reallaşdırmağınıza yardımçı olmaq üçün Gaspari Nutrition brendi əsas amin turşularından biri olan L-Qlütamindən ibarət Glutamine 300gr amin turşu əlavəsini istehsal etmişdir. Sözü gedən bu qida əlavəsi sürətli absorbsiya qabiliyyətinə malikdir və sərbəst formada olan qlütamin zülalının optimal nisbətini özündə ehtiva etməklə hər bir istifadəçinin orqanizmini əzələ bərpası üçün tələb olunan gündəlik amin turşu ilə təmin edir.

Amin turşuları bədənimizdəki zülalın əsas quruluş hissəsidir. Əzələ toxumasının bərpasında, böyüməsində və inkişafında əvəzsiz rol oynayırlar. Glutamine qida əlavəsini təşkil edən L-Glutamine amin turşusu isə zədələnmiş əzələ liflərini bərpa etməklə yanaşı həm bərpa müddətini minimuma endirir, həm də əzələ ağrılarından sizləri azad edir. L-Qlütamin amin turşusu əzələ daxilindəki amin turşu ehtiyatının ortalama 60 faizini təşkil edir. Sözü gedən bu amin turşusunun orqanizmdə yetəri qədər olması immun sistemini də möhkəmləndirir.

Gaspari Glutamine (300 gr) idman qidasının asan udulan kapsulları ağır məşqlərdən və ya sıradan fiziki aktivliklərdən əvvəl və ya sonra, adi günlərdə isə sutkanın istənilən vaxtı yeməkdən əvvəl və ya sonra qəbul edə bilərsiniz. Gaspari Nutrition Glutamine istənilən pəhriz növünə uyğundur və balanslı qidalanmanı tam formada dəstəkləyir.

Əsas üstünlükləri:

  • Dağıdıcı xüsusiyyətə malik kortizol hormonunun qarşısını alır
  • Katobolik prosesi gecikdirir
  • Əzələ liflərinin dağılmasının qarşısını alır
  • Əzələ bərpasını gücləndirir və sürətləndirir
  • İmmun sistemini gücləndirir
  • Amin turşusu sərbəst formadadır
  • Sürətli və asan həzm olunur
  • İstənilən pəhrizə uyğun

İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu 250 ml su ilə gün ərzində 1-3 dəfə qəbul edin. Əsasən gecə yatmazdan qabaq istifadə etmək məsləhətdir.

Şərh yazılmayıb
Şərh yaz
35 + ? = 40