Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116
Ünvan 2: H.Aslanov m/s. Məhəmməd Hadi 70
Ünvan 3: Elmlər m/s, Hüseyn Cavid pr, ev 37

Hardline Pro Gainer 3kg

Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
100,0
90,0

Türkiyənin idman qidası lideri Hardline brendindən yüksək zülallı və karbohidratlı Pro Gainer. Tərkibi BCAA, Qlütamin və digər amin turşularla zəngin olmaqla yanaşı, həm də kreatin ehtiva edir. Nəticədə əzələ lifləri dağılmaqdan qorunur, daha tez bərpa olunur və kreatinin hesabına əzələlərin güc və dözümlülük potensialı artır. Hardline Pro Gainer 3kg istifadəsi zamanı bədən kütləsi artır, əzələlər daha dolğun və estetik görünüşə malik olur.

Çəki yığmaq elə də asan iş deyil. Bunun üçün siz sərf etdiyinizdən də çox kalori qəbul etməlisiniz. Bu iş daim hərəkətdə olan atletlər üçün xüsusən çətindir. Bütün bunlardan əlavə, qəbul olunacaq karbohidratlar gərək aşağı qlikemik indeksli və sağlam əsaslı olsunlar.

Hardline Pro Gainerin yeni formulası sizin günlük kalori tələbatınızı ödəməklə bərabər, həm də əzələlər üçün vacib olan zülal kompleksini də sizə bəxş edir. Beləki, südlə qarışdırıldığı zaman Hardline Pro Gainer-in hər öyünündə 787 kkal37.8 qram protein və enerji mənbəyi qismində 155.6 qram yüksək keyfiyyətli karbohidrat mövcud olur. Bütün bunlarla yanaşı, fiziki gücü artırmaq üçün və immun sisteminin möhkəmləndirilməsi üçün bu unikal çəki geyneri özündə kreatin, habelə vitamin və minerallar da ehtiva edir. 

Kreatin monohidrat çağdaş dövrümüzün ən tanınmış idman qidalarından biridir. Bu qida əlavəsi atletlərin fiziki gücünü artırır və əzələ çəkisi artırmaqda onlara yardımçı olur. Əzələ liflərində su saxlama qabiliyyətinə sahib olduğu üçün, ondan istifadə edən insanların əzələləri həcmli görünür. Bir sıra elmi tədqiqatlara görə isə, kreatin həm də testosteron səviyyəsinə də müsbət təsir göstərir. Tədqiqatların birində isə 10 həftəlik istifadə zamanı testosteron səviyyəsində 22% artım müşahidə olunmuşdur. Kreatin Monohidrat gainer ilə birgə qəbul edildikdə daha yaxşı nəticələr əldə edilir.

Əsas üstünlükləri:

  • 37.8qr Protein
  • 787 Kilokalori
  • 155.6qr karbohidrat
  • 2.5qr Kreatin Monohidrat
  • BCAA və Qlütamin ilə zəngindir 
  • Taurin, Vitamin və minerallarla zəngindir
  • Həzmi rahatlaşdıran enzimlər
  • Əlavə qatqısız
  • Əlavə şəkərsiz

İstifadə qaydası: 1 ölçü qaşığı məhsulu 500ml soyuq su və ya südə qatıb, gün ərzində 3 dəfə olmaqla yemək fasilələri zamanı qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
32 + ? = 33
Tövsiyə olunur