Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

JNX The Curse! (250 gr)

Brend: JNX Sports
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
70,0
65,0

JNX Sports brendinin The Curse məşq öncəsi energetik kompleslərin inkşafında irəli atılan ən böyük addımlardan biridir. The Curse məşq öncəsi enerji kompleksi tam təbii bioloji aktiv maddələrdən ibarət olub, yüksək intensivli və ağır məşq edən istənilən atlet və ya sıradan idman həvəskarları üçün ideal seçimdir. Məşqdən əvvəl sadəcə 1 porsiya The Curse energetik məhsulu sizə heç vaxt hiss etmədiyiniz enerji partlayışı bəxş edəcək. Bütün bu yeni təəsüratları yaşamaq yalnız və yalnız The Curse energetik idman əlavəsi ilə mümkün olacaqdır.

Məhsulun tərkibindəki əsas bioloji təbii maddələrin qısa təsvirini sizlərə təqdim edirik:

Beta Alanine – beyində və əzələlərdəki birləşdirici toxumalarda yerləşən dipeptid zülalıdır. O öz növbəsində L-Histidinlə birləşərək orqanizmdə turşuluq səviyyəsini normallaşdıran “Karnozin” maddəsinin sintezinə yardımçı olur. Bundan əlavə, Beta-alanin əzələlərdə karnozinin cəmlənməsini əhəmiyyətli dərəcədə artırır. Bunun müsbət cəhətini isə belə anlatmaq olar:

  Fiziki aktivlik zamanı əzələlərdə onların dözümlüyünə mənfi təsir göstərən süd turşusu yığılır. Süd turşusunun miqdarı artan zaman əzələlərin yorğunluq hissi də güclənir. Karnozin isə bu turşunun sintezinin qarşısını alaraq əzələlərə uzunmüddətli çalışmağa və daha da dözümlü olmağa yardımçı olur.

 

Kreatin – enerjini kreatinfosfat şəklində ehtiyat edən molekuldur və lazım olduğu təqdirdə orqanizm üçün ilkin enerji mənbəyi kimi çıxış edir. Kreatinin istifadəsi dövründə, ağır fiziki məşqlər zamanı orqanizm ilk növbədə kreatinfosfatı enerji mənbəyi kimi istifadə edir. Bu zaman ATF və əzələlərdə saxlanılan qlikogen ehtiyat edilir, daha sonrakı bərpa prosesində istifadə olunur.

 

Citrulline MalateArginine Alpha Ketoglutarate (AAKG) - bu qida əlavələrinin istifadəsində əsas məqsəd idmançı orqanizminin məhsuldarlığını artırmaq,qan dövranını gücləndirmək, pamp effekti yaratmaq və bərpa müddətini qısaltmaqdır. Buna səbəb qeyd edilən amin turşularının orqanizmdən sidik cövhəri və süd turşusunu qısa bir zamanda kənar etməsidir. Adını çəkdiyimiz bu metobolitlər fiziki aktivlik, zülal mübadiləsi və katabolik reaksiyalar zamanı yaranır. Nəticədə bərpa prosesi və idmançının fiziki göstəriciləri zəifləyir. Sitrulin və AAKG isə bu fəsadları aradan qaldırır.

 

JNX The Curse! (250 gr) məhsulunun tərkib hissəsinin digər bioloji fəal maddələri olan Kofein anhidratı Zeytun yarpağı ekstraktı isə enerji metobolizmini gücləndirməyə və diqqəti cəmləməyə yardımçı olurlar.

Əsas üstünlükləri:

  • Enerji partlayışı bəxş edir
  • Zehni konsentrasiyanı gücləndirir
  • Enerji metobolizmini sürətləndirir
  • Əzələnin güc və potensialını artırır
  • Dözümlüyü artırır
  • Qan dövranını gücləndirir
  • Maddələr mübadiləsini yaxşılaşdırır
  • Katobolik proseslərin qarşısını alır
  • Əhval-ruhiyyəni yaxşılaşdırır

Istifadə qaydası: 1 ölçü qaşığı məhsulu 150-250 ml sərin suda həll edib məşqdən 15-30 dəqiqə əvvəl qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
35 + ? = 45
Tövsiyə olunur