Mağazanın iş qrafiki:
Hər gün: 11:00-dan 21:00-dək
Ünvan 1: N.Nərimanov m/s, Təbriz küçəsi, 116

JNX The Shadow! (270 gr)

Brend: JNX Sports
Reytinq:
Mövcudluq:
Mövcuddur
Sayı:
+
60,0

JNX Sports brendinə məxsus The Shadow məşq öncəsi energetik kompleslərin inkşafında irəli atılan ən böyük addımlardan biridir. The Shadow məşq öncəsi enerji kompleksi tam təbii bioloji aktiv maddələrdən ibarət olub, yüksək intensivli və ağır məşq edən istənilən atlet və ya sıradan idman həvəskarları üçün ideal seçimdir. Məşqdən əvvəl sadəcə 1 porsiya The Shadow energetik məhsulu sizə heç vaxt hiss etmədiyiniz enerji partlayışı bəxş edəcək. Bütün bu teni təəsüratları yaşamaq yalnız və yalnız The Shadow energetik idman əlavəsi ilə mümkün olacaqdır.

JNX The Shadow! (270 gr) məhsulunun tərkibindəki əsas bioloji təbii maddələrin qısa təsvirini sizlərə təqdim edirik:

Beta Alanine – beyində və əzələlərdəki birləşdirici toxumalarda yerləşən dipeptid zülalıdır. O öz növbəsində L-Histidinlə birləşərək orqanizmdə turşuluq səviyyəsini normallaşdıran “Karnozin” maddəsinin sintezinə yardımçı olur. Bundan əlavə, Beta-alanin əzələlərdə karnozinin cəmlənməsini əhəmiyyətli dərəcədə artırır. Bunun müsbət cəhətini isə belə anlatmaq olar:

  Fiziki aktivlik zamanı əzələlərdə onların dözümlüyünə mənfi təsir göstərən süd turşusu yığılır. Süd turşusunun miqdarı artan zaman əzələlərin yorğunluq hissi də güclənir. Karnozin isə bu turşunun sintezinin qarşısını alaraq əzələlərə uzunmüddətli çalışmağa və daha da dözümlü olmağa yardımçı olur.

 

Citrulline Malate - bu qida əlavəsinin istifadəsində əsas məqsəd idmançı orqanizminin məhsuldarlığını artırmaq,qan dövranını gücləndirmək, pamp effekti yaratmaq və bərpa müddətini qısaltmaqdır. Buna səbəb qeyd edilən amin turşusunun orqanizmdən sidik cövhəri və süd turşusunu qısa bir zamanda kənar etməsidir. Adını çəkdiyimiz bu metobolitlər fiziki aktivlik, zülal mübadiləsi və katabolik reaksiyalar zamanı yaranır. Nəticədə bərpa prosesi və idmançının fiziki göstəriciləri zəifləyir. Sitrulin isə bu fəsadları aradan qaldırır.

 

Taurine – biogenik amin turşusudur və orqanizmdə ən çox ürək və beyində rast gəlinir. İdmançılar arasında orqanizmin bərpası, fiziki və zehni potensialı artırmasına görə məhşurdur. Taurin ürəyə və zehni funksiyaya müsbət təsir edir.

 

L-leucine – BCAA zəncirinin ən əsas amin turşusu olub əzələ inkşafında, zülal sintezində və əzələlərin bərpa prosesində fəal iştirak edir. Bütün bunlardan əlavə L-leysin turşusu enerji mənbəyi olaraq funksiya göstərdiyinə görə The Shadow kimi energetiklərin tərkib hissəsində yer almışdır.

 

Məhsulun tərkib hissəsinin digər bioloji fəal maddələri olan kofein anhidratı, zeytun yarpağı ekstraktıL-tyrosine isə enerji metobolizmini gücləndirməyə və diqqəti cəmləməyə yardımçı olurlar.

Əsas üstünlükləri:

  • Enerji partlayışı bəxş edir
  • Zehni konsentrasiyanı gücləndirir
  • Enerji metobolizmini sürətləndirir
  • Əzələnin güc və potensialını artırır
  • Dözümlüyü artırır
  • L-Citrulline, Beta-Alanine, L-Leucine və Taurine kimi güclü maddələr ehtiva edir
  • Qan dövranını gücləndirir
  • Maddələr mübadiləsini yaxşılaşdırır
  • Katobolik proseslərin qarşısını alır
  • Əhval-ruhiyyəni yaxşılaşdırır

Istifadə qaydası: 1 ölçü qaşığı məhsulu 200-300 ml sərin suda həll edib məşqdən 15-30 dəqiqə əvvəl qəbul edin.

Şərh yazılmayıb
Şərh yaz
18 + ? = 20
Tövsiyə olunur