Lipo 6 Carnitine (120caps)
Nutrex Lipo6 L-carnitine yağ yanması prosesində və enerji mübadiləsində mühüm metobolik rol oynayan yağ yandırıcı idman qidasıdır. Elmi tədqiqatlar zamanı l-karnitinin yağ toxumalarının parçalanaraq enerjiyə çevrilməsində əsas meyar olması sübut olunmuşdur. Bu amin turşusunun əsas vəzifələrindən biri transport rolunu oynayaraq yağ toxumalarını qara ciyərə daşımaq və orada mitoxondri qatında yağ toxumalarının oksidləşməsinə (parçalanmasına) səbəb olmaqdır. Nəzərinizə çatdıraq ki, Lipo 6 L-carnitine məhsulunun tərkibi adi yox, asetil qrupu birləşməsi olan L-carnitine HCL ehtiva edir. Bu birləşmə adi formadan daha effektiv, daha güclüdür və ən əsası yağ toxumalarını daha sürətlə daşıyır. Daha sürətli daşınma daha tez arıqlama və yağ yanması deməkdir. Məhz bu kimi qabaqcıl və orijinal həllər tətbiq etdiyi üçün Nutrex brendinin yağ yandırıcıları dünya reytinqində ön sıraları tutur.
Digər müsbət cəhətləri haqqda isə bunları demək olar:
- Maddələr mübadiləsini sürətləndirir
- Beyin və sinir sisteminin fəaliyyətini yaxşılaşdırır
- Ürək və damar sisteminin fəaliyyətini yaxşılaşdırır
- Həzmi yaxşılaşdırır
- Orqanizmin bərpasını sürətləndirir
- İmmun sistemini gücləndirir
- Hormonal balansı yaxşılaşdırır
- Kişi və qadınlarda reproduktiv funksiyanı yaxşılaşdırır
Bu qida əlavəsindən həm kişi, həm də qadınlar aktiv istifadə edə bilərlər. Nutrex brendi daim orqanik məhsullara önəm verdiyindən, tərəvəz selülozu ilə hazırlanmış tam orqanik maye kapsullar da mədəyə ziyan vermədən sürətli həzmi təmin edirlər.
Məşq günləri tövsiyə edilən istifadə qaydası: 1 porsiyanı (2 kapsul) məşqdən 30 dəqiqə əvvəl bir stəkan su ilə birgə qəbul edin.
Qeyri məşq günləri tövsiyə edilən istifadə qaydası: 1 porsiyanı (2 kasul) səhər tezdən, ac qarına bir stəkan su ilə birgə qəbul edin.