MuscleTech Nitro-Tech Ripped (1.81 kg)
İyirmi ildən artıqdır ki, mükəmməlliyə malik MuscleTech brendi sizin performansınızı artırmaq üçün nəzərdə tutulmuş qabaqcıl formulaya malik whey protein kompleksi olan Nitro-Tech Ripped-i sizlərə təqdim edir.
MuscleTech şirkətinə aid Nitro-Tech Ripped yüksək keyfiyyətli zərdab zülalı izolyat peptidlərini özündə ehtiva edir və elmi cəhətdən sınaqdan keçirilmiş arıqlama inqrediyenti olan Canephora Robusta ekstraktı və L-karnitin L-Tartrat qarışımı ilə sizlərə fit görünmək arzunuza nail olmaqda dəstək göstərir. Məhz bu adı çəkilən whey protein kompleksi çəki salma və quruma dövründə sizlərə ən lazımlı bioloji fəallığa malik qida əlavəsi olacaqdır. Mövzu yağ yanması olduqda Nitro Tech Ripped-dən başqa heç bir protein tozuna ehtiyacınız qalmayacaqdır.
Muscle Tech NitroTech Ripped məhsulunun müxtəlif çeşidli dad təamları ən seçkin müştəriləri belə tam razı salacaqdır. Hər porsiyasında 30q zülal və 820mq yağ yanma formulası ilə Nitro-Tech Ripped yüksək keyfiyyətli izolyat protein peptidləri kompleksi əzələ liflərinin tez bir zamanda bərpasını təmin edərək onların dağılmasının qarşısını alır və eyni zamanda da yağ yanması metobolizmini sürətləndirir. Nəticə olaraq siz quru və fit bədənə sahib olursunuz. Bütün bunlardan əlavə, nəzərinizə çatdırmaq istərdik ki, NitroTech Ripped qida əlavəsinin istifadəsi zamanı düzgün qidalanma, pəhriz saxlama və gün ərzində 3-4 litr su içmək məsləhət görülür. İntensiv yağ yanmasını daha da yaxşı təmin etmək üçün isə funksional məşqlər tövsiyyə olunur.
Əsas üstünlükləri:
- 30qr protein
- 500mq L-karnitin L-tartrat
- 200mq Canephora Robusta ekstraktı
- Sürətli həzmi təmin edən isolate whey peptidlər
- Premium keyfiyyətli amin turşu kompleksi
İstifadə qaydası:
Gün ərzində 2 dəfə olmaqla 1 ölçü qaşığı məhsulu 200-250 ml su və ya yağsız süd ilə qarışdırıb yeməkdən ən azı 30-60 dəqiqə əvvəl qəbul edin. Məşq günləri məşqdən öncə və sonra istifadə edin.